valideyn

“Qaynar xətlər” uşaqlar üçün nəyi dəyişəcək?

Baxış sayı: 1. 332

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən zorakılığa məruz qalan uşaqlarla bağlı “qaynar xətt” yaradılır. Buna səbəb uşaqların məişət zəminində zorakılıq, xüsusən mənəvi-psixoloji təzyiq hallarına məruz qalmaları, nəticədə öz həyatlarına qəsd etməsi faktların artmasıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirir ki, valideynlər uşaqlarını tərbiyə üsulu kimi məişət zorakılığından istifadə edirlər: “Uşaqlara qarşı zorakılığın qarşısını almaq məqsədilə bölgələrdə xüsusi komissiyalar yaradılmalıdır. Məktəb psixoloqlarına daha ciddi yanaşılmalıdır. Əgər hər hansı fakt əsasında aparılan araşdırmaların yekun nəticələrində valideynin, həqiqətən də, uşağa qarşı məişət zorakılığı etdiyi, döydüyü məhkəmə prosesində öz təsdiqini taparsa, həmin valideynlər “Ailə məcəlləsini”nin müvafiq bəndinə uyğun olaraq valideyn hüququndan məhrum edilə bilərlər”.

Bütün bu fikirlər isə birmənalı qarşılanmayıb. Bəzi ekspert və valideynlər həmin xətlərin, valideynlikdən məhrum etmə təkliflərinin uşaq-valideyn münasibətlərinə mənfi təsir göstərəcəyi və Azərbaycan ailə modelinə zidd olduğunu bildirir. Onlar qeyd edirlər ki, uşaqlar qaynar-xəttə və onlara ediləcək yardımlara güvənərək, valideynlərindən asılılığı azalacaq, onlara əvvəlki kimi bağlı olmayacaq və qorxub çəkinməyəcək. Bəs, əslində uşaq və yeniyetmələrə yardım üçün yaradılan qaynar-xətt və qurumlar cəmiyyətdə nələri dəyişəcək? Hansı mənfi və müsbət təsirləri olacaq?

37011df3ea79d39dd9599b8bce1506a0.jpg (116 KB)

Sosioloq Lalə Mehrəli bildirir ki, 8-9 il əvvəl də uşaqlar üçün qaynar–xətt yaradılıb, amma effekt verməyib: “Bu cür addımlar təqdirə layiqdir. İlllər öncə də bu cür xətlər yaradıldı, lakin effektiv olmadı. Bəlkə də təbliğatı geniş aparılmadı. O vaxt da ekspertlər deyirdilər ki, qaynar-xətlər valideyn-uşaq münasibətlərinə zərbə vuracaq. Amma gözlənilənin əksi oldu, qaynar-xətlərə zəng edən uşaqlar ailə daxili zorakılıqdan şikayət etmirdi, yaşıdlarının onlara olan münasibətindən və ətrafda gördükləri haqsızlıqdan narazılıq edirdilər. Qaynar-xəttin rəhbəri  bu barədə müsahibə vermişdi, o, bildirmişdi ki, yeniyetmələr zəng edərək bəyəndikləri həmyaşıdlarının onların hisslərinə biganə olduğundan narazılıq edirdi. Uşaqların qorunması və müdafiəsi üçün atılan bütün addımlar təqdirə layiqdir. Dövlət öz vətəndaşının təhlükəsizliyini təmin etməklə cəmiyyətinin təhlükəsizliyini təmin etmiş olur. Bir cəmiyyətdə uşaqlar qorxusuz, problemsiz yaşamağı bacarırsa, deməli, o cəmiyyət normaldır, orada insanlar bir-birinə hörmətlə yanaşır, bir-birinə əsəb “qusmur”. Uşaqlar öz ailələrinin güzgüsüdür, onlar nə qədər mülayim, humanist  olsa, cəmiyyət gözəlləşir. Biz toplum olaraq uşaqları sağlam ruhlu böyütməliyik. Dövlətin uşaqların təhlükəsizliyi üçün atdığı bütün addımları alqışlayıram. Biz düzgün təbliğat aparsaq, uşaqlarımız daha xoşbəxt olar”.

images.jpg (5 KB)

Uşaq psixoloqu Fərqanə Mehmanqızı deyir ki, uşaqların psixoloji sağlamlığı üçün dövlət tərəfindən müxtəlif addımlar atılmalıdır: “Bizə də bəzi valideynlər deyir ki, bu cür qaynar xətlər valideyn ilə övlad arasına nifaq salır. Amma bu yanlış fikirdir. Çünki ailəyə bağlı böyüdülən və düzgün tərbiyə verilən uşaqla valideynin arasına heç kim girə bilməz. Təhlükəsizliyini duyan uşaqlar özgüvənli, valideynlərindən sevgi gördüyü üçün güclü olurlar. Problem yaşanan ailələrin uşaqları isə çox zaman özlərini yalnız və çarəsiz hiss edirlər, onların sığınacaq bir qucağa ehtiyacı var. Hər insan övlad dünyaya gətirsə də, valideyn ola bilmir. Bəzi ailələrdə uşaqlar ağlasığmaz işgəncələrə məruz qalır. Qaynar-xəttin olması zəruridir. Valideynlər məsuliyyət  hiss edər. Dövlət öz uşağına sahib çıxır, onları öz valideynlərindən belə qorumağa çalışır. Uşaqların hüquqları qorunmalıdır. Bu isə valideynlərin məsuliyyətini artıracaq. Onlar uşaqlara qarşı diqqətli olacaq. Hər binanın, blokun, məktəbin yanında qaynar-xətlərin nömrəsi yazılmalıdır. Təcili yardımın, polisin və digər vacib nömrələri necə əzbər biliriksə, qaynar xətləri də əzbərləməliyik. Uşaqlar çarəsizlikdən intihara cəhd etməməli, canlarına qıymamalıdırlar”.




1 şərh ““Qaynar xətlər” uşaqlar üçün nəyi dəyişəcək?

  1. Vusal

    Salam men elekberov vusal salaheddin oxlu bildirmek isdeyiremki 24 avqust 2021 axsam qardasim oxlu az yasli elekberov rabil qabil oxlu semkir rayonu tatarli kendinde himayesinde yasadiqi allahvediyev sabir allahverdiyeva qeribe ve allahverdiyev bakir terefinden olduresiye doyulmusdur boyun sahdamari gijgah nahiyesi bas nahiyesi bel nahiyesinden sert kut ayletlerle vurulmusdur ellerinden zorla cixaraq qacan azyasli elekberov rabil mene zengederek gedib onu atasinin yanina aparmaximu xayis etmisdir mende sexsi afdomobilimle semkir rayonu kur qesebesinden gedib semkir rayonu tatarli kendinden usaqi getirdim semkir rayonu kraz yolunda yasayan elekberov qabil salaheddin oxlu olan atasinin yanina sabahi 102 xidmetine zengedib olanlari melumat verdik ve zeyem polis bolmesine gedib sikayetimizi yazili surete verdik hekim muayinesinden kecdik ve bildirdiki azyaslini doyen sexsler barede heps olunsunlar cunki usaqin olumune vurublar uzerinden  gunler kecmeyine baxmiyaraq bugun gedim zeyem polis bolmesine mene bildirdilerki ayle munaqijesdi tuta bilmezler indi bildiriremki zeyem polis bolmesi olumune doyulen azyaslinin sozunu yox olduresiye doyen hedi bulluxunu kecmis insanin nisan olmasini onemsemiyen azyasli usaqi doyen sexslerin terefindediler xayis ediremki bu barede telimat veresiz semkir rayon zeyem polis bolmesi isini duzgun icra etsin tesekur edirem bize rehberlik etiyiniz ucun ve fexr ediremki bele demoketif olkede yasadiqim.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir