xestelik

Qaz və köpü yox edən BİTKİLƏR

Baxış sayı: 161

Mədə-bağırsaq sistemindəki qaz və köp insanları narahat edən sağlamlıq problemlərindən biridir. Əksər insanlarda bu narahatlıq xroniki bir hala gəlib çıxıb. Həddən çox qaz bəzən ağrıya da səbəb ola bilər. Qidalanmanızda edə biləcəyiniz bəzi dəyişiliklər qaz probleminin həllində sizə yardımcı olacaq. Tək bu deyil, hətta mətbəxdə əl altında olan vasitələrdən istifadə etməklə bu problemdən qurtula bilərsiniz. “Gencaile.az”-ın bu haqda sizə məsləhəti var.

 

Qazı yox edən bitkilər  

Araşdırmalar  nəticəsində zəncəfilin həzm sistemini sürətləndirdiyi ortaya çıxıb. Həzm sisteminin sürətli fəaliyyəti sayəsində mədə tez boşalarsa, qaz nazik bağırsaqda daha sürətli hərəkət edər və bununla insanı narahat edən köp və qazın qarşısı tez bir zamanda alınar.

 

Qazın yox edilməsinə kömək edən digər bitkilər:

– Sarı çobanyastığı

– Dərəotu

– Raziyana

– Reyhan

– Cirə

– Darçın

– Sarımsaq

– Balaca hindistan qozu

– Cəfəri

– Nanə

 

Qeyd etdiyimiz bu bitkiləri qidalarınızda istifadə etməniz məsləhətdir. Qaz və köp əleyhinə bitki tərkibli dərmanlar satılır, lakin onların da tərkibində kimyəvi maddələrin olma ehtimalı var. Bu baxımdan sadaladığımız bitkiləri təbii yolla qidalarınıza, yeməklərinizə əlavə etməklə istifadə etməniz daha faydalıdır.

 

Qaz əleyhinə probiotiklər               

Probiotiklər insan bağırsaqlarında yaşayan “xoş xassəli bakteriyalar” adlanan balaca orqanizmlərdir. Probiotiklər həzm sisteminə yardımcı olub şişkinliyi aradan qaldırır.

 

Bu cür probiotiklərlə zəngin olan qidalar hansılardır?

– Qatıq

– Kefir

– Xiyar turşusu

– Soya paxlasından hazırlanan İndoneziya yeməyi

– Kimçi (Koreya mətbəxinə məxsus yemək)

– Lahana turşusu

– Ayran

– Mido (Yapon yeməyi)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir