qazan kotleti

Qazan kotleti necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 762

“Gencaile.az” saytı “Yeməyə nə var?” rubrikasında bu gün sizə qazan kotletinin hazırlanmasından bəhs edəcəyik.

 

Tərkibi:

500 q çəkilmiş ət

3 ədəd baş soğan

4-5 ədəd kartof

2 ədəd şirin bibər

3 ədəd pomidor

3 x.q əridilmiş kərə yağı

1/2 st su

1 balaca dəstə (keşniş, şüyüd, reyhan)

Duz

Istiot

 

Hazırlanması:

Bütün tərəvəzləri təmizləyib yuyuruq.Soğanın ikisini ətlə bir maşından keçirib üstünə duz və istiot töküb qarışdırırıq. Bir ədəd soğanı nazik halqa doğrayırıq. Kartofu halqa doğrayırıq. Pomidoru halqa doğrayırıq. Bibəri ya halqa ya da nazik uzun doğrayırıq. Qazana birinci ətdən kotletlər düzəldib düzürük. Ətin üstünə kartofu düzürük. Kartofun üstündən soğanı tökürük. Soğanın üstünə bibəri tökürük. Bibərin üstünə pomidorları düzürük. Üstünə duz, istiot, yağ və su töküb yeməyi vam odda bişməyə qoyuruq. Yeməyin suyu çəkilib yağa düşəndə hazır olacaq.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir