qehve

Qəhvənin ağlasığmaz faydası aşkarlandı

Baxış sayı: 1. 559

Yeni araşdırma göstərib ki, daha çox qəhvə içən qadınlarda belə problemə az rast gəlinir.

Bostondakı “Brigham & Women’s Hospital” xəstəxanasının əldə etdiyi məlumatları “The American Journal of Medicine” jurnalında dərc ediblər.

ABŞ ərazisində yaşayan 50 milyon adam bu və ya digər dərəcədə küy eşidir. Bunu adətən qulaqdakı zəng kimi təsvir edirlər. Onların 1 milyona yaxını həmin küydən o qədər əziyyət çəkir ki, normal həyat tərzi keçirə bilmir.

Tədqiqatları aparmaq üçün tədqiqatçılar qulaqlarında bu cür küy olan 65 min qadının xəstəlik tartixçələrini və digər məlumatlarını araşdırıblar. Həmin qrupa 30-44 yaş arası qadınlar daxil edilib. Onların 1991-ci ildən bu yana həyat tərzləri, qidaları, xəstəlik tarixçələri araşdırılıb. Sonda məlum olub ki, gündə heç olmasa iki fincan qəhvə içən qadınların qulaqlarındakı küy az olub.

Tədqiqatın müəllifi, Harvard Universitetinin tibb məktəbinin professoru, doktor Heri Kurhan deyir ki, tədqiqatçılar həmin küyün azalması ilə qəhvə arasında çox yaxın əlaqə tapa biliblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir