90

Qeyri-normativ iş qrafiki insulta səbəb olur

Baxış sayı: 1. 433

Qeyri-normativ iş qrafiki insulta səbəb olur. Belə ki, həftədə 55 saatdan çox işləyən insanların insult keçirmə riski həftədə 35-40 saat işləyənlərlə müqayisədə 33 faiz yüksəkdir.

London Universiteti Kollecinin (Böyük Britaniya) alimləri 17 tədqiqatın nəticələrinin təhlili əsasında bu qənaətə gəliblər.

7,2 il ərzində 530 000 kişi və qadının iştirak etdiyi araşdırmanın nəticələri “The Lancet” tibb dərgisində dərc edilib.

Tədqiqat zamanı məlum olub ki, həftədə 41-48 saat işləyən insanların beynində qan dövranının pozulması riski standart qrafiklə (həftədə 40 saatdan çox olmamaqla) işləyənlə müqayisədə 10 faiz artıb. Həftədə 49-54 saat işləyən insanların insult keçirmə ehtimalı isə 27 faiz artıb.

Tədqiqatçılar başqa amilləri, məsələn, spirtli içki qəbul edilməsi, fiziki gərginliyin dərəcəsi, habelə yüksək qan təzyiqi və qanda xolesterinin yüksək səviyyəsi kimi məlum risk amillərini nəzərə aldıqda da nəticə təsdiqlənib.

Lakin təsvir edilən xəstəliklərin inkişafının qarşısını almaq mümkündür. Məsələn, iş günü ərzində hər 1-2 saatdan bir fasilə etmək, bu fasilələr zamanı idmanla məşğul olmaq, həmçinin, təmiz havada gəzişmək və sağlam qidalanma qaydalarına riayət etmək…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir