11920688

Qəzet daha nə işə yarayar? – MARAQLI TÖVSİYƏLƏR

Baxış sayı: 1. 485

Oxuyub bitirdikdən sonra belə işimizə yarayan qəzetlə nələr etmək mümkün deyil ki? Hətta pəncərələrin qəzetlə silindiyini və yaxşı parladığının şahidi olmusunuz. Bəs başqa nələr etmək mümkündür qəzetlə?

* Bir evdən başqa evə köçərkən və yaxud qab-qacağı uzun müddət hər hansı bir yerdə saxlamaq lazımdırsa, o zaman yaş qəzetə sına bilən əşyaları bükün və qurumasını gözləyin. Qəzet quruduqdan sonra sərtləşir və qoruyucu xarakter daşıyır, beləliklə də qablarınızın qırılma ehtimalı azalır.

* Yaz gəldimi, qış geyimləri rəflərdən qalxar. Xüsusilə, yun jaket və adyalları götürərkən qəzetə bükməklə güvədən uzaqlaşdıra bilərsiniz. Qəzet güvələri uzaqlaşdırır və paltarların toz olmamağına kömək edir.

* Pis iy verən plastik və taxta qabların içinə qəzeti yumurlayıb qoyun, 3-4 gün saxlayın, beləliklə pis qoxu yox olacaq. Bu üsulla sandıq və çemodanlarınızdan  gələn qoxuları yox edə bilərsiniz.

* Yağışda və ya qarda ayaqqabınızın içi su olubsa, bu zaman da köməyə qəzet gələ bilər. İçi yaş ayaqqabınıza qəzeti yumrulayıb qoyun və otaq temperaturunda saxlayın, əgər ayaqqabı çox yaşdırsa, o zaman bunu bir neçə dəfə təkrarlayın.

* Əgər yanınızda kimsə yıxılıb zədələnibsə, bu zaman ilk yardım kimi əzilən yeri bağlamaq lazımdır. Bunun üçün qəzeti bir neçə dəfə qatlayıb bir bintlə sınıq ehtimalı olan yerə bağlamaq lazımdır. Təbii ki, bu, həkim gələnə kimi olan ilk yardımdır.

* Elektrik sobanızın içində yığılıb qalan qırıntıları təmizləmək üçün bir qəzeti yumurlayıb isladın, daha sonra isə bununla silib təmizləyin.

* Səyahətə getmisiniz və yanınızda ütü masası yoxdur. Ütü masasını düzəltməyin ən asan yolu: 4-5 qəzeti üst-üstə qoyun, üstünə nazik bir örtük örtün və bunu düz bir yerə yerləşdirib, paltarınızı rahat şəkildə ütüləyin.

* Zibil qutunuzu qoyduğunuz şkafın içinə qəzet sərsəniz, pis qoxunun qarşısını almış olarsınız.

* Kiçik şəkildə kəsilmiş yaş qəzet parçalarını uyğun miqdarda gübrələrə qatmaqla soxulcanlara ziyafət vermiş olarsınız.

* Eviniz cücülərin “hücum”una məruz qalıbsa, bunun üçün qəzetlə onlara tələ qurun. Belə ki, yaş qəzet parçalarını yaxşıca yumrulayın, bunu cücüləri gördüyünüz yerə qoyun, böcəklər yox olana kimi bunu təkrar edin.

* Qışda şaxta zamanı su borularınızı donmaqdan qoruyun. Boruların üstünə qəzeti örtün, sonra üstündən neylon torbalar keçirib izolentlə bağlayın.

* Qışda, xüsusilə qarlı günlərdə maşınınızda qəzet saxlayın. Belə ki, buzlu yolda təkərlərin altına sərilmiş qəzet yolunuza dava etməkdə kömək edəcək.

* Bir qab sındırmısınız, böyük hissələri təmizləmisiniz, amma çox kiçik qırıqlar qalıb? Bunun üçün qəzeti isladıb həmin yerə sərin. O kiçik qırıntılar yaş qəzetə yapışacaq, amma qəzeti yığışdıranda çox ehtiyatlı olmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir