goyerti

Qida məhsulları mədədə hansı müddətdə həzm olunur? – SİYAHI

Baxış sayı: 1. 554

Bəzən ən keyfiyyətli, sağlamlıq üçün faydalı olan qida məhsullarının qəbulundan sonra mədədə həzm problemi, ağırlıq yaranır. Təbii ki, istifadə olunan ərzaqların keyfiyyətinə tam əmin olduqdan sonra bu problemin yaranması ciddi narahatlıq doğurur və onun həlli üçün insanlar son çıxış yolunu apteklərə üz tutmaqda görürlər. Ancaq aptekə tələsməzdən əvvəl bu problemin yaranma səbəbini aramaq və onu aradan qaldırmaq lazımdır.

Mütəxəssislər deyirlər ki, mədədə ciddi bir xəstəlik yoxdursa bu problem adətən çox yeməkdən, ayrı-ayrı qida məhsullarını qarışdırmaqdan və düzgün qidalanmamaqdan yaranır. Belə ki, qida məhsullarının həzmi üçün mədəyə müəyyən bir vaxt lazımdır. Aşağıdakı siyahıda qidaların həzmi üçün sərf olunan vaxtı təqdim edirik:

Meyvə şirələri – 15-20 dəqiqə

Tərəvəz şirələri – 20-25 dəqiqə

Qarpız – 20 dəqiqə

Yemiş – 30 dəqiqə

Çiy tərəvəz – 30-40 dəqiqə

Alma, armud, ərik – 40-45 dəqiqə

Kələm, balqabaq, qarğıdalı – 45-50 dəqiqə

Düyü və qarabaşaq sıyıqları – 2 saat

Süd məhsulları – 2 saat

Yumurta – 45-50 dəqiqə

Balıq – 1 saat

Quş əti – 2-3 saat

Mal əti – 4 saat

Qoyun əti – 4-5 saat

Donuz əti ( o cümlədən donuz ətindən hazırlanmış məhsullar) – 5-6 saat

Əgər insan nahar yeməyində mal ətindən hazırlanmış xörək yeyirsə, demək onun mədədə həzmi üçün ən azı 4 saat vaxt lazımdır. Ancaq çoxları bu həzm prosesi üçün lazım olan vaxtı gözləmədən, yeməkdən dərhal sonra, yağlı bir tort parçası ilə çay içirsə və yaxid bir xörəklə kifayətlənməyib üstündən digər bir ət məhsulundan hazırlanmış xörək də yeyirsə, həmin insan mədəsindən deyil, özündən, bir az da qabarıq ifadə etsək, tamahından şikayətlənməlidir.

İmkan verilməlidir ki, mədədə həzm prosesi, mənimsənmə başa çatsın, mədə boşalsın. Və yalnız bundan sonra növbəti qida qəbuluna yol vermək olar. Əslində buna riayət etmək bir o qədər də çətin deyil. Cəmisi bir neçə gün insan öz tamahına sahib çıxa bilsə sonrakı günlərdə buna çox rahatlıqla uyğunlaşacaq və özünü həm artıq çəkidən, həm də mədə peoblemlərindən azad etmiş olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir