rena

Qidalanma və həyat tərzinin səbəb olduğu irsi xəstəliklər

Baxış sayı: 245

İrsi xəstəlik — Ana atadan uşağa “irsi” olaraq keçən xəstəliklərə verilən addır.

İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox şahid olunur.

Karlıq,

korluq,

zehni zəiflik,

şizofreniya,

cinsi inkişafın, boyun ləngiməsi,

skelet pozğunluqları,

şəkərli diabet,

hipertoniya xəstəliyi,

bronxit,

bir sıra allergik xəstəliklər,

ateroskleroz,

xora xəstəliyi,

epilepsiya,

böyrək patologiyaları,

sonsuzluq,

keçəllik və bir çox digər xəstəliklərə də irsi meyllilik mövcuddur.

 

İrsi xəstəliklər çoxşaxəlidir: Bu xəstəliklərin başlıca səbəbi qohum nikahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir. Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideynlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir. Doğulan şikəst uşaqların əksəriyyəti bu evliliklər nəticəsində dünyaya gəlir. Maraqlısı budur ki, belə ailələrdə 3-4 uşaq şikəst olaraq doğulduqdan sonra məsələdən xəbərdar olurlar ki, bu xəstəliyin səbəbkarı ya ana, ya atadır. Bəzən şikəst doğulan uşaqların cərrahiyyə üsulu ilə müalicəsi tamamilə mümkün olur. Ancaq yenə də xəstəyə həkim nəzarəti mütləq olmalıdır.

 

Bir çox irsi xəstəliklərin inkişaf etməsinə səbəb olan mutasiyalar XROMOSOM səviyyəsində deyil, GENLƏR səviyyəsində baş verir. Bunları isə xromosom analizləri aşkara çıxarmır. Ailələrdə (kişi və qadında) xromosomların sayının çox və ya az olması əksər hallarda kobud inkişaf qüsuru kimi irsi anomaliyalara səbəb ola bilir, autosomlarda (qeyri-cinsi xromosomlarda)da, qismən xromosomun sayının çox və ya az olması da inkişaf qüsuruna səbəb ola bilər. Bunları xromosom analizi ilə aşkara çıxarmaq mümkündür.

Bir çox insanlar – tərkibindən, kimyəvi təsirindən xəbərsiz olduqları dərman preparatları qəbul edirlər. Bu maddələr orqanizmdə gedən  fizioloji və bioloji prosesləri ləngidir və HÜCEYRƏ səviyyəsindən  başlayaraq patologiya əmələ gəlir. Bu proseslərin son nəticəsi isə orqanizm balansının pozularaq irsi və irsi olmayan xəstəliklərə düçar olmasına şərait yaradır.

Rena Bayramova

Genetik xəstəliklərin digər səbəbi isə son dövrlər ətraf mühitin çirklənməsi, müxtəlif kimyəvi silahlardan istifadə olunması və tullantı məhsullarının havaya, suya buraxılmasıdır: “Radiasiya buraxan kimyəvi silahlar canlı kütlənin genefonduna bilavasitə təsir edir. Doğulan xəstə uşaqların əksəriyyəti elə bu şüalanmaların qurbanı olur.

Genetik kod DNT və ya mRNT molekullarındaki informasiyanın yəni triplet ardıcıllığının amin turşu ardıcıllılğına yəni zülal istehsalına keçirilməsi proseslərində istifadə olunan qaydalar məcmusudur.

Genetik kodun vacib xüsusiyyətlərindən biri onun kolinearlığıdır, yəni nukleyin turşuları kodlarının ardıcılıqları ilə polipeptid zəncirində aminturşularının ardıcıllıqlarının müvafiq olması.

DNT və RNT-nin fəaliyyəti sayəsində hər bir orqanizmə xas olan spesifik zülallar sintez olunur. Hüceyrədə zülal sintezi prosesi olduqca mürəkkəbdir. Nuklein turşuları heteropolimer quruluşa malik zəncirdən ibarətdir.

Lakin bu zəncirin həlqələri eyni deyil – 4 cürdür.

Daha doğrusu bu polimer 4 cür nukleotidin birləşməsindən meydana gəlir. Bu nukleidlər özündə müəyyən informasiyanı daşıyır. Adenin (A), quanin (G), sitozin (C), timin (T) birlikdə genetik kodu əmələ gətirir.

Gen səviyyəsində baş verən xəstəliklər insan cəmiyyətinin mövcud olduğu vaxtdan melumdur: Hemofiliya və talassemiya xəstəliklərin mərkəzində dayanır. Hər iki xəstəlik irsi xarakterlidir. ATADAN- qız uşaqlarına,

ANADAN- oğlan uşaqlarına keçir. Ailədə ata daşıyıcı, ana xəstədirsə, burada uşağın xəstə olma riski daha çoxdur. İkisindən biri sadəcə daşıyıcıdırsa, o zaman uşaq xəstə olmaya da bilər. Sevindirici haldır ki, gen daşıyıcısı olan ananın 5 uşağından 2-si sağlam ola bilər. Amma təəssüf ki, dünyaya gəlmiş xəstə uşağın tam müalicəsi yoxdur. Ancaq xəstəlik vaxtında aşkarlanarsa, xəstəliklə mübarizə düzgün şəkildə aparılar, qismən də olsa, müalicə oluna bilər.

Geyri sağlam QİDALANMA və qidaların tərkibi də orqanizmdə yaranan xəstəliklərə təkan verən amillərdir.

Sağlam qidalanma- sağlam həyat tərzi deməkdir.

Bütün yaşlarda, xüsusən yeniyetmənin qida rasionunu maksimum meyvə və tərəvəz təşkil etməlidir. Bunlar yeməyi mineral maddələr və vitaminlərlə zəngin etməklə bərabər, asan həzmə də kömək edirlər.

talasimiya

Qidalanmanın düzgün rasionu hər bir yaşda vacibdir, xüsusilə də cinsi inkişaf mərhələsində. Qəbul etdiyin qida böyüməyinə kömək edir və enerji mənbəyi kimi xidmət edir. Onun komponentlər (tərkib hissələr) orqanizmində müxtəlif işi görürlər, buna görə də onların hamısı balanslaşdırılmalıdırlar. Balanslaşdırılmış qidalanma – kəmiyyət göstəricisidir: yəni, nə qədər tələb olunur, o qədər də yeməlisən.

Məsələn, fiziki işlə məşğul olan insanların; yarış zamanı idmançıların; imtahanlar vaxtı şagirdlərin də xüsusi qidalanmaya ehtiyacları vardır. Bu qida asan həzm olunmalı, vitaminlərlə zəngin olmalıdır; yağlı, istiotlu yeməklər məsləhət görülmür, çoxlu çiy meyvə və tərəvəz etmək tövsiyə olunur.

hemofiliya

Qidalanma

Qidalanma forması bağırsaq mikrobiomuna böyük təsir göstərir.

Dünya Araşdırmaları lif nisbəti aşağı, heyvan yağı və zülalın yüksək olduğu qərbsayağı qidalanma ilə xərçəngə səbəb olan iltihab arasında əlaqə olduğunu göstərir.

Liflə zəngin, qırmızı ət miqdarının az olduğu Aralıq dənizin produktları, qısa zəncirli yağ turşularını artırmaq, iltihabın qarşısını almaq və immun sistemini gücləndirməyə malik olur.

Meyvə və tərəvəz baxımından zəngin qidalananların sağlam mikrobioma sahib olduqları dəqiqdir!

Bağırsaq florası- sağlam və funksional həzm sistemi üçün əsas rol oynayır.

Bunun ən güclü dəlillərindən biri narahat bağırsaq sindromu hallarının ümumilikdə pozulmuş bağırsaq floralarında görünməsidir.

Lakin floranın sağlamlığımız üzərində daha geniş təsiri var və bunların çoxu insan həyatının ilk bir neçə ilində ortaya çıxır.

Mikrobiom doğuşdan dərhal sonra inkişaf etməyə başlayır, bu mikrobların həzm sistemini işğal etməyə başladığı an deməkdir.

İnsanların dünyada normal həyat sürməsi və fəaliyyət göstərməsi üçün bir çox amillərin yerində olması vacibdir. Bunların ən başlıcası insanların sağlamlığıdır. İnsan bədəni sağlam olmadıqca heç bir normal fəaliyyətdən və inkişafdan söz gedə bilməz.

 

Əsas və birinci SAĞLAM QİDALANMA

Sağlam qidalanma – sağlam həyat tərzi-  İRSİ XƏSTƏLİKLƏRİ də gızıştırıb üzə çıxmağa imkan vermir.

 

Rəna Bayramova

MayoMed klinikasının pediatr və kliniki dietoloqu

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə və ya 055 254 05 03,  +970 567 874 745 whatsapp nömrəsi ilə birbaşa Rəna Bayramova ilə kontakt qura bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir