Biber konservi

Qırmızı bibər konservini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 841

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizi qırmızı bibər konervasının resepti ilə tanış edəcəyik.

 

Tərkibi:

5 kq qırmızı bibər, 2-4 dəstə (zövqə görə) kərəviz (yarpaqları), 10 dişdən 300 qr-a qədər sarımsaq (zövqə görə), 600 ml-dən 1 litrə qədər (zövqə görə) duru yağ, Üzüm sirkəsi 300 və ya 500 ml (zövqə görə), qara yumru istiot , duz 2 x/q dolu, şəkər tozu 1x/q dolu, dəfnə yarpağı 3-4 ədəd, 1.2 litir su.

 

Hazırlanma qaydası:

Bibərləri yuyub təmizləyirik, sonra uzununa doğrayırıq. Daha sonra qazana suyu və bütün lazım olan ərzaqları əlavə edib ocağın üzərinə qoyuruq. Doğradığımız bibərləri isə ən sonda qazana əlavə edib qoyuruq bişməyə. Tez-tez nəzarət etməliyik ki, bibərlər əriməsin. Bir azca yumşalanda qazanı ocaqdan götürürük. Bankalara doldurub qaynamağa qoyuruq. Qazanda su qaynamağa başladıqdan sonra saata baxırıq və 40 dəqiqə sonra bankaları götürürük. Qapaqlarını bağlayıb 1 gün tərs çevirib saxlayırıq. Sonra qış üçün sərin yerdə durmalıdır.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir