moda

Qış stilinin zəruri atributları – FOTOLAR

Baxış sayı: 481

Yeni il şənliklərinin başlamasına lap az vaxt qalıb. Deməli, parlamağın və seçilməyin əsl vaxtıdır!

Dizaynerlər bayram üçün hazırladığı kolleksiyalarda bir qayda olaraq həcmli aksessuarlara daha böyük yer verirlər. Məsələn, yolka ağacının oyuncaqlarını xatırladan sırğalar, boyunbağılar və qolbaqlar çox dəbdədir. Belə bəzək əşyaları stilinizə bayram əhval-ruhiyyəsi qatır, həm də toplanmış saç düzümünün fonunda effektli görünür.

 

Mirvari

23 Best Fall and Winter 2022 Accessory Trends: Gloves, Chokers, Earrings

Erdem

Mirvarilər uzun müddətdir trendlərdən kənarda idi. Bu mövsüm isə dəniz daşları hipertrofiyalaşmış formada qarşımıza çıxır. “Giorgio Armani” və “Givenchy” kimi lüks markaların şoularında modellərin obrazları mirvari sırğalar və üzüklərlə bəzədilmişdi. Sözsüz ki, bu detal demokratik brendlərin diqqətindən qaça bilməzdi. Qeyri-standart mirvari aksessuarların daha ucuz versiyalarını demək olar ki, bütün mass-market markalardan tapa bilərsininiz. Yeri gəlmişkən, stilistlər hesab edir ki, belə dəniz daşları 2023-cü ilin ən eleqant bəzək əşyaları olacaq.

 

Kokteyl üzüklər

Dries Van Noten весна-лето 2023

Böyük parlaq daşları olan kütləvi üzüklər adətən sağ əlin şəhadət və ya adsız barmağına taxılır. Bu ad üzüklərə ona görə verilib ki, məclisdə kokteyl tutduğunuz aksessuar xüsusilə diqqət cəlb edir. Bununla belə, daşların qiymətli olması şərt deyil. Əvvəllər kokteyl üzükləri birbaşa opera əlcəklərinin üzərinə taxılırdı. Əlcəklərin də mövsümün əsas tendensiyaları siyahısında olduğunu nəzərə alsaq, bu dəb ənənəsini asanlıqla təkrarlamaq olar.

 

Çiçək motivləri

Bu qış dizaynerlər bizə çiçəksiz qalmağı qadağan edir. Yeni mövsümdə çiçəklər xalta boyunbağıları, üzükləri, bilərzikləri, həmçinin digər zərgərlik və bijuteriyaları bəzəyəcək. Xüsusilə çiçəkli boyunbağılara nəzər salmağı tövsiyə edirik.

 

Uzun sırğalar

23 Best Fall and Winter 2022 Accessory Trends: Gloves, Earrings, Chokers, and More | Trending accessories, Earring trends, Jewelry trends

Proenza Schouler весна-лето 2023

Nəhəng mirvarilərlə yanaşı uzun sırğalar da moda səhnəsinə geri dönüş edib. 2023-cü ildə sırğalar o qədər uzanacaq ki, çiyinlərinizə çatacaqlar. Böyük daşlı monoxrom və ya çox rəngli modellər daha möhtəşəm görünəcək. Belə sırğalar olduqca ağır görünür, lakin heç bir mərasimdə sizi diqqətdən kənarda qalmağa qoymayacaq.

 

Xalta boyunbağılar

Jonathan Simkhai весна-лето 202323 Best Fall and Winter 2022 Accessory Trends: Gloves, Earrings, Chokers, and More | Trending accessories, Fashion accessories trends, Jewelry fashion trends

Which 9 jewelry trends from Fall/Winter 2020-2021 Fashion Week will we be wearing this fall? | Vogue France

Xalta boyunbağılar formalarını dəyişsə də, bir neçə mövsümdür ki, gündəmdə qalmağa davam edir. Böyük zəncirli xaltalar, mirvari muncuqlar və ya kristal tennis boyunbağılar trendlər arasında gəlir. Belə bəzəklərin aşkar üstünlükləri odur ki, uzun boyunbağılardan daha çox yönlüdür və demək olar ki, hər şeyə uyğunlaşır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir