Roma - İtaliya

Qış tətili üçün ən yaxşı 11 şəhər – FOTOLAR

Baxış sayı: 1. 608

“Tətilə mütləq yayda çıxmaq lazımdır”, deyə bir qayda yoxdur. Məlumdur ki, işləyən insanlar məzuniyyətlərinin bir hissəsini də qış aylarına saxlayırlar. Bəs, qışda istirahət etmək üçün hansı şəhərlər daha əlverişlidir?

Beləliklə, qışda gəzib-əylənə biləcəyiniz yerləri sizə təqdim edirik:

 

Kosta Rika

Kosta Rika ile ilgili görsel sonucu

Kosta Rikada yağışlı günlər dekabrda başa çatır. Beləliklə, günlük-günəşlik qış günləri başlayır. Şimali və Çəcubi Amerikanın tən ortasında yerləşən bu ölkə qış tətilçiləri üçün ideal məkan hesab olunur.

 

Zihuatanejo, Meksika

Zihuatanejo, Meksika ile ilgili görsel sonucu

Meksikanın Zihuatanejo şəhəri tətil üçün bir o qədər də məşhur sayılmır. Ancaq demək olar ki, yanvar-fevral aylarında dənizə girmək və günəşlənmək üçün idealdır. Qışda yay günlərini davam etdirmək istəyənlər bu şəhəri seçə bilərlər.

 

Lima, Peru

Lima, Peru ile ilgili görsel sonucu

Qış aylarında da isti hava axtaranlar üçün digər ideal seçim Lima şəhəri ola bilər. Bura ləzziz yeməklərin də məskəni sayılır. Təsadüfi deyil ki, dünyanın ən yaxşı 50 restoranından 3-ü məhz bu şəhərdə yerləşir.

 

Sinqapur

Sinqapur ile ilgili görsel sonucu

Qışda öz ölkənizdə yeni ili keçirdikdən sonra Sinqapura getsəniz, burada ikinci dəfə yeni ili keçirməli olacaqsınız. Bu ölkədə yeni il Çin təqvimi ilə 16-17 fevralda qeyd olunur. Beləliklə, qış tətilində coşqulu bayram günü sizə unudulmaz xatirə ola bilər.

 

Cartagena, Kolumbiya

İlgili resim

Bu şəhər 4 fəsildə də istirahət üçün əvəzssizdir. Havası il boyu mülayimdır. Memarlıq abidələri ilə gözəlləşən şəhər məhz bu xüsusiyyətinə görə turist axınına məruz qalır.

 

Keyptaun, CAR

Cape Town ile ilgili görsel sonucu

Cənubi Afrika Respublikasının Keyptaun şəhəri konsert və açıq havada təşkil olunan tədbirlərin məskənidir. Noyabrdan başlayaraq aprelə qədər davam edən isti havalar qış tətilində olduğunuzu unutduracaq. Əgər tətil üçün bu şəhəri seçsəniz, özünüzü günəşli havada əyləncənin mərkəzində görəcəksiniz.

 

Taipei, Tayvan

Taipei, Tayvan ile ilgili görsel sonucu

Dünyanın ən hündür 8-ci binası bu şəhərdə yerləşir. Mətbəxi xeyli rəngarəng olan bu şəhər gecə bazarı ilə də məşhurdur.

 

Phuket, Tayland

İlgili resim

Yanvardan başlayaraq, mart ayına qədər Phuketə getmək ən münasib vaxtdır. Bu ərəfədə Musson yağışları bitmiş, boğucu istilər isə başlamamış olur. Bu şəhərə fevral ayında getsəniz, küçə yeməklərinin təqdim olunduğu ənənəvi festivalda da iştirak edə bilərsiniz. bu isə gəzintinizi daha əyləncəli edəcək.

 

Serengeti Milli Parkı, Tanzaniya

Serengeti Milli Parkı, Tanzanya ile ilgili görsel sonucu

Serengeti Milli Parkı vəhşi təbiəti sevənlər üçün ideal seçimdir. Yüzlərlə vəhşi heyvanı təbii yaşam şərtlərində görmək qış tətilçiləri üçün unudulmaz olacaq.

 

Rio de Janeiro, Braziliya

Rio de Janeiro ile ilgili görsel sonucu

Rio de Janeiro əyləncə sevənlər üçün ideal məkandır. Tropik iqlim qurşağında olduğu üçün tətil vaxtı qış aylarında olduğunuzu unudacaqsınız.

 

Roma, İtaliya

roma ile ilgili görsel sonucu

İtaliyanın paytaxtı Roma hər fəsildə gəzmək üçün ideal seçimdir. Bu qədim şəhərin yayı başqa, qışı başqa gözəldir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir