geyim

Qısaboylu qadınların diqqət etməli olduğu 5 QAYDA

Baxış sayı: 364

Qısa boylu qadınlar təəssüf ki, istədikləri hər paltarı rahatlıqla geyinə bilmirlər. Onlar çox zaman alış-veriş zamanı bəzi çətinliklərlə üzləşirlər. Əgər doğru seçim etməsələr, olduqlarından daha qısa görünə bilərlər.

Beləliklə, qısa boylu xanımların geyim zamanı diqqət etməli olduğu bir neçə qaydanı sizə təqdim edirik.

 

1. Belinizdə daim kəmər olsun

Ayaqları uzun göstərməyin əsas yolu beli vurğulamaqdır. Belinizi vurğulamağın asan yolu isə kəmərlərdir. Bu sizin daha cazibədar görünməyinizdə də böyük rol oynayacaq. Beləliklə, həm dəbli, həm də uzun görünə biləcəksiniz.

2. Mini ətək və ya donla sivri burunlu botlar geyinin

Bununla siz olduğunuzdan daha uzun görünə bilərsiniz. Sizə lazım olan tək şey mini ətək üzərində bol sviter geyinməkdir. Ayaqqabı olaraq isə iti burunlu çəkmələr seçməyiniz məsləhətdir.

3. Yüksək belli şalvarlardan istifadə edin

Qısaboylu qadınların qarderobunda mütləq yüksək belli şalvar olmalıdır. Xüsusilə, bu il parlaq dəri şalvarların necə dəbdə olduğunu bilirsiniz.

4. Çalışdığınız qədər qat-qat geyinməyin

Belə geyimlər qısa boylu qadınlar üçün deyil. Belə geyindiyinizdə paltarın altında kiçik bir siluet kimi qalacaqsınız. Kombininizin əsas ulduz parçası sizsiniz. Ona görə seçdiyiniz parçalara diqqət edin.

5. Dabanlı ayaqqabılar geyinin

Ən vacib qaydanı sona saxladıq. Qəbul edək ki, uzun görünməyin ən asan yolu hündür daban ayaqqabılardır. Lakin bəzən bu yorucu və çətin ola bilər. Bu zaman qısa dabanlı ayaqqabılar sizin köməyinizə çatacaq. Qeyd edək ki, son 2 ildir belə ayaqqabılar çox dəbdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir