bas agrisi

Qışda başınız tez-tez ağrıyırsa… – EKSPERT YANAŞMASI

Baxış sayı: 441

Əgər insanda qışda baş ağrısı, başgicəllənmə kimi əlamətlər varsa, o zaman onun su içmə rejiminə diqqət yetirməsi vacibdir. Bu barədə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim terapevt,ailə həkimi Nərminə Abbasova bildirir.

Nermine Abbasova

Soyuq mövsümlərdə insanların ən çox rastlaşdığı problemlərdən biri də baş ağrılarıdır. Qışda baş ağrısının səbəbi beyin damarlarının spazmı ola bilər, buna görə də papaq taxmaq mütləqdir.

“Qışda baş ağrıları daha çox susuzluqla əlaqələndirilir. Fakt budur ki, qışda istilik sistemi işə salındıqda mənzillərimizdə hava çox quru olur və çox vaxt havanın rütubəti hətta 20%-yə çatmaya bilər. Yaşayış üçün norma isə 40-50 faizdir”, – deyə həkim vurğulayır

Bir insana hər kiloqram bədən çəkisi üçün ən azı 35 ml su  içmək tövsiyə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir