CEKME

Qışda bu çəkmələr dəbdə olacaq – FOTOLAR

Baxış sayı: 481

“Dabanlı ayaqqabılar qış üçün uyğun deyil” stereotipini unuda bilərsiniz. Ayaq biləyində bitən çəkmələr qarderobunuzda ən dəbli modellərdən biri ola bilər, onlar istənilən geyimlə uyğunlaşa və zərifliyinizi vurğulamağa kömək edir. Ancaq soyuq havada rahat və dəbli modeli seçmək vacibdir.

Stilistlər bu mövsüm yuvarlaq burunlu klassik modellərdən imtina etməyi tövsiyə edir. Belə görünüş, artıq trendlər arasında aktuallığını itirib. Odur ki, kvadrat burunlu ayaqqabılara üstünlük verin.

Siz, həmçinin itiburun çəkmələrə də baxa bilərsiniz. Bu seçim bütün moda tendensiyaları arasında effektli hesab olunur. Qısaboğaz çəkmələr seçərkən dabana diqqət yetirmək vacibdir. Stiletto dabanlarına “yox” deyin – qış üçün bu, praktik deyil. Daha alçaq və sabit dabanlı çəkmə seçmək tösviyə olunur, bu, həm şıq görünür, həm də yağışlı və qarlı günlər üçün daha təhlükəsizdir.

Əgər soyuğa dözümlü deyilsinizsə və ayaq biləyində bitən çəkmələr sizə uyğun deyilsə, dərd etməyin. İçi xəzli versiyalar kifayət qədərdir, ancaq xəzin görünməməsi vacibdir – bu, imicinizin dəyərini azalda bilər. (Publika.az)

CEKME 1

CEKME 2

CEKME 3

CEKME 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir