sac

Qışda saç baxımı necə olmalıdır?

Baxış sayı: 1. 267

Xüsusiylə yay ərzində hovuz, günəş, dəniz səbəbi ilə qırılan və zəifləyən saçlarınız hava şəraitinin daha da ağırlaşdığı qış aylarına hazırdırmı? Bunun üçün qışda saçlarınıza necə qulluq etməyinizlə bağlı dermatoloqdan aldığımız tövsiyyələri təqdim edirik.

Saçınızı seyrək yuyun. Tez-tez yumaq saçı qurudur, qırılaraq zəifləməsinə səbəb olur. Şəhər həyatı yaşanların saçları tez-tez çirkləndiyi üçün 3 gündən bir yumaları məcburi hal alır, amma əgər təmiz bölgələrdə yaşayırsınızsa, saçınızı 5 gündən bir də yuya bilərsiniz.

Yeniyetməlik çağındasınızsa, ya da yağlı və kəpəkli saçınız varsa, saçınızı gündə 2 dəfə yumalısınız.

İsti su saçın diblərində yerləşən qoruyucu təbəqəni əritdiyi üçün saçınızı ilıq su ilə yumağınız məsləhətdir.

Qurutma feninin çox isti olması, saçlarınızı formaya salmaq üçün istifadə etdiyiniz digər fenlər də saçların zərər görməsinə və zəifləməsinə səbəb olur.

Saçınızı köklərindən çox gərgin sıxan rezin və digər şeylərlə yığmayın. Bu saçlarınızın qoparaq tökülməsinə səbəb olacaqdır.Saçınızı sabunla yumayın, sabunun tərkibində qələvi metal olduğu üçün bu, saçınızı və dərinizi qurudaraq göbələk və bakteriyaların əmələ gəlməsinə səbəb olur.

Saç və dəri tipinizə uyğun şampunla yuyunun.

Saçınızda sədəf kimi xəstəliklər, tökülmə və s. varsa, dermotoloqunuzun tövsiyyə etdiyi kükürdlü və ya bakteriya əleyhinə şampunlardan istifadə etməlisiniz.

İkisi birində şampunlardan istifadə etməyin, onların təsiri ayrı-ayrı istifadə edəcəyiniz krem və şampun qədər effektiv olmur.

Saçınız çox qurudursa, 10 gündən bir maska vurun.

Saç tökülməniz çoxdursa, saçınıza uyğun vitaminli şampunlardan istifadə etmək üçün dermatoloqa müraciət edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir