short

Qışda şortu necə geyinməliyik? – FOTOLAR

Baxış sayı: 1. 659

Dəbi təqib edən xanımlar bilirlər ki, qış aylarında da şort geyinmək olar. Ancaq şortu doğru geyimlərlə uyğunlaşdırmaq çox vacibdir. Əks təqdirdə zövqsüz görünə bilərsiniz.

Siz də qış qarderobunuza şortla fərqlilik qatmaq istəyirsinizsə, bu məsləhətlərdən yararlanın!

“Kolqotka” ilə geyinin!

Şortlarınızı qalın kolqotka ilə geyinin. Beləliklə, həm şıq görünəcəksiniz, həm də üşüməyinizin qarşısı alınacaq. Xüsusilə də, cins şortlar “kolqotka” ilə çox gözəl görünür. Hətta qış üçün yeni şort almağınıza ehtiyac yoxdur. Yayda geyindiyiniz cins şortları qışa da uyğunlaşdıra bilərsiniz.

Qalın parça

Qışa uyğun, qalın parçadan tikilmiş şortlar alın. Belə şortlar sizi həm isti saxlayacaq, həm də dəbli göstərəcək. Belə şortları ofis stilinə də daxil etmək olar.

Dəri şort

Dəri şortunuzu qara rəngli geyimlərlə uyğunlaşdırın. Bu kombin küçə stili üçün uyğundur.

Qara rəng

Bədən quruluşunuz mükəmməl deyilsə belə, şort geyinə bilərsiniz. Dolu xanımlar qara rəngli şortu qara “kolqotka” və qara rəngli çəkmə ilə geyinməlidir.7491242564ef58a233d51448015242_sort8short




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir