cugundur

Qışda vitamin çatışmazlığına qarşı ÇUĞUNDURDAN İSTİFADƏ EDİN

Baxış sayı: 1. 512

Çuğundur bir çox xəstəliklərin müalicəsində və profilaktikasında geniş istifadə olunan tərəvəzlərdən biridir. Bu tərəvəz zəngin tərkibi ilə insan orqanizmi üçün əsl vitamin mənbəyidir. Müntəzəm olaraq qida rasionuna çuğundurun və çuğundur şirəsinin daxil edilməsi sağlamlıq üçün olduqca faydalıdır.

İlk növbədə, çuğundur xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir.

Bu tərəvəz qaraciyər üçün olduqca xeyirlidir və onun fəaliyyətini yaxşılaşdırır.

Çuğundurun şirəsi ürək-damar sisteminin işini normallaşdırır.

Qan təzyiqini aşağı salır.

Qan azlığını aradan qaldırmaq üçün çuğundurdan təbii vasitə kimi istifadə etmək olar.

Xüsusilə payız və qış fəsillərində vitamin çatışmazlığına qarşı çuğundurla mübarizə ən düzgün seçimlərdən biridir.

Çuğundur orqanizmin immun sistemini gücləndirir.

Maddələr mübadiləsini normallaşdırır.

Çuğundurun faydalı xüsusiyyətlərindən biri bədənə enerji və qüvvət verməsidir. Fiziki işlə və idmanla məşğul olanlar üçün çuğundur şirəsi ən yaxşı enerji mənbəyidir.

Çuğundur şirəsi görmə qabiliyyətini yaxşılaşdırır.

Zərərli maddələrin orqanizmdən çıxarılmasında çuğundur şirəsi əvəzsiz içkidir.

Çuğundur şirəsinə bal qatıb yatmazdan qabaq içməklə sağlam və dərin yuxuya sahib olmaq mümkündür.

Çuğundur böyrəklərin fəaliyyətinə də müsbət təsir göstəririr.

Şəkərli diabet xəstələrinə, yüksək mədə turşuluğundan şikayətlənənlərə, qan təzyiqi aşağı olanlara çuğundurdan istifadə məsləhət görülmür.

Çuğundur və onun şirəsindən müalicə məqsədi ilə istifadə edərkən həkiminizlə məsləhətləşməyi unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir