dolma

Qışda yay təravətli yeməyi belə hazırlayın – “3 bacı dolması”

Baxış sayı: 1. 233

Qoçaq xanımlar qışa tədarük görürlər ki, qışın eyni yeməkləri onları bezdirməsin. Bəzən qışda adamın könlündən badımcan, bibər, pomidor dolması keçir. Hamıya məlumdir ki, qışda bütün tərəvəzlər satışda olur. Lakin onlar həm təbii sayılmır, həm də yayın təravətli dadını vermir.

Gəlin qışda “3 bacı dolması”nın hazırlanmasına diqqət edək.

Dolmanın əti, soğanı, reyhanı hər biri hazırlanır. Badımcanlar duzlanır, əldə ovxalanır, tumu çıxarılır, yuyulur, sıxılır, yağda qızardılır. Pomidor və bibərlər də təmizlənir. Qovrulmuş ət tərəvəzlərin içinə qoyulur, bişirmədən salafan torbalara yığılıb buz dolabına atılır. Qışda istədiyiniz vaxt çıxarıb buzunun açılmasını gözləyib, sonra isə bişirə bilərsiniz. Burada ərzaqlar yarımfabrikat halında olduğu üçün, qəfil gələn qonaq üçün,ya da evdə hazır yemək olmayanda bişirmək üçün çox gözəl bir variantdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir