usaqlar

Qısqanclıq uşaqda güvənsizlik yarada bilər – PSIXOLOQ YANAŞMASI

Baxış sayı: 676

“Uşaqların bir-birini qısqanması bir çox ailədə valideynləri narahat edir. Övladınızı qətiyyən bacı-qardaşı ilə müqayisə etməyin. “Sən böyüksən, o, kiçikdir”, – kimi sözlər işlətməyin.”

Bu fikirləri psixoloq Sona Davudova bildirir.

Psixoloq qeyd edir ki, bu tip qısqanclıq uşaqda ünsiyyət problemi, güvənsizlik yarada bilər:

“Müalicə edilməzsə, gələcəkdə insanlarla ünsiyyət qurmasında öz fəsadlarını göstərəcək. Dalaşırlarsa, ayırıb fasilə verin. Dərhal fiziki cəzalandırıb, haqlı-haqsız tənqid etməyin. Döymək yerinə parka getməmə, oyuncaqları ilə oynamama kimi cəzalar verə bilərsiniz.”

Sona Davudova valideynlərə uşaqlara paylaşa biləcəkləri oyuncaq almağı məsləhət görür:

“Tez-tez sevginizi dilə gətirin. Onların müsbət davranışlarını mükafatlandırın. Balaca bacı-qardaşının baxımında kömək istəyin. Böyük övlada da eyni cür davranıb, diqqət göstərib, birlikdə oynayın. Uşağa səbəbsiz yerə “bacı-qardaşını qısqanmamalısan”, kimi sözlər deməyin. Önəmli olduğunu və sevildiyini hiss etdirin.”

Sonda psixoloq göstərilən yanaşma və təkliflərin öhdəsindən gələ bilmədikdə və uşağın psixoloji problemlərinin getdikcə artdığını müşahidə etdikdə, valideynlərdən mütəxəssisdən dəstək almağı məsləhət görür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir