qidalar

Qızmar yayın MENYUsu: nə yeyək?

Baxış sayı: 1. 243

Qızmar yay günlərində bir çox qidalar da səhhətimizə əks təsir göstərə bilər. Kimi düzgün qidalanmamaq səbəbindən kökəlmə, kimi iştahsızlıq, kimi də qida zəhərlənməsi kimi hallarla üzləşir. Lakin kəskin isti havalarda qidalanmaya daha çox diqqət yetirilməli və bəzi təməl bilgilər unudulmamalıdır.

Bunlardan ən vacibi maye qəbulunun artırılmasıdır. Bu səbəbdən maye tərkibli qidalara üstünlük verməyiniz məsləhətdir. Xüsusilə tərləmə yolu ilə çoxlu su itirdiyimiz bu günlərdə gündəlik 1.5- 2 litr su içməyimiz  şərtdir. Suyu gözünüzün qarşısında saxlayın. Su içməyi sevmirəm bəhanəsini unudun, içəcəyiniz suyun içərisinə müxtəlif meyvələr, limon və sair qoyaraq daha dadlı hala sala bilərsiniz.

Çay, qəhvə, limonad, ayran, qazlı içkilər, soda, ayran, şorba, süd, spirt, meyvələr, tərəvəzlər və su, mayeyə tələbatımızı təmin edən qida və içkilərdir.  Xüsusilə isti havada hərəkət edərkən orqanizmin mayeyə ehtiyacı artar. Bunun üçün hər saatbaşı bir stəkan su için. Bu şəkildə meydana gələcək maye itkisini aradan qaldıra bilərsiniz.

Bundan əlavə, gün ərzində içilən limonad, spirt, qazlı içkilər, soyuq kremli qəhvə və kokteylli içkilərin tərkibində yüksək səviyyədə şəkər olduğundan qısa müddətli toxluq hissinin ardından aclıq hissi yaradır və kökəlməyə səbəb olur.  Bu səbəbdən sudan başqa bütün qeyd olunan içkiləri gündə 2 stəkandan artıq olmamaq şərtilə içilə bilər.

Axşam yeməyini gecikdirmək yayda qidalanma ilə bağlı ən çox yol verilən səhvlərdən biridir. Gün uzun olduğundan insanlar axşam yemək saatlarını 21.00-23.00 aralığına saldığı üçün  artıq çəki problemi ilə üzləşirlər.

Tətil günləri istisna olmaqla yemək saatlarınızı səhər 06.30-08.30, günorta 12.00-14.00 və axşam 18.00-20.00 aralıqlarına salın. Həzmin nizamlı olması və çəkinin normadan qalması baxımından vaxtında və rejimli qidalanmanın əhəmiyyəti yüksəkdir.

Yayda diqqət edilməsi vacib olan başqa bir məsələ də, qəhvə, dondurma, kokteyl vəsari içkilərin bir arada qəbul edilməməsi və  kalorinin azalmasıdır.

Yayda kökəlmək istəmirsinizsə, gün ərzində daha aktiv və hərəkətli olun. Kondisionerli bir mühitsə işləyirsinizsə, müxtəlif bəhanələrlə həmin yerdən qısa müddətə uzaqlaşmağa çalışın. Günün isti saatlarını əlbəttə evdə, qapalı mühitdə istirahət edərək  keçirə bilərsiniz, lakin artıq çəki problemi ilə üzləşmək istəmirsinizsə aktivliyinizi azaltmayın.

Əgər idman etmək istəyirsinizsə, qapalı zallarda deyil, açıq havada üzmə, tennis, qaçış, voleybol, futbol, yoq kimi idman növlərini seçin.

Yeməklərə  əlavə duz atmayın, salatları duzsuz yeyin. Yayda  aylarında axşam gec saatda yemək yemək, axşamlar dondurma yemək, bol-bol su və duz qəbul etmək bədənin müxtəlif nahiyələrində şişmələrə səbəb ola bilər. Duzlu pendir, zeytun, sosiska, pizza, hamburger və hazır qidalar da bunun üzərinə gəldikdə qəbul etdiyimiz duzun miqdarı artır və şiş problemi daha da kəskinləşir. Lakin unutmayaq ki, tərləmə ilə bədənimizdən yalnız su deyil, eyni zamanda duz kimi bəzi minerallar da xaric olur. Bu baxımdan duz və su qəbulu balansı tənzimlənməlidir.

Yay həmçinin qida zəhərlənmələrinin də ən çox müşahidə edildiyi fəsildir. Bu baxımda yayda toyuq, küftə, dondurma, kremli şirniyyatlar, yumurta və yaxşı yuyunmamış salatlar riskli qidalar siyahısındadır. Əgər evdən kənar nahar edirsinizsə, bu yeməkləri yalnız etibar etdiyiniz restoranlardan almağa çalışın.

Hər yeməkdə çiy tərəvəz qəbul edin. İçərisinə 1 yemək qaşığı zeytun yağı əlavə olunan salat yemək sizin üçün bol vitamin və mineral qaynağı ola bilər. Streslə birlikdə artan həzm sistemi problemi olan qəbizliyin aradan qaldırılmasında salat  yemək faydalıdır. Salatda olan çiy tərəvəzlərin 85-90 faizi sudan ibarətdir. Bədənə lazım olan mayenin alınması üçün də tərəvəz salatları ən əhəmiyyətli mənbədir.

Yay aylarının əvəzedilməz qidaları süd və süd məhsullarıdır. Xüsusilə qatıq bağırsaq tənzimləyici olduğu və faydalı bakteriya ilə zəngin olduğu üçün əhəmiyyətlidir. Eyni zamanda sərinlədici olan qatığın tərkibindəki kalsiumla sümük və dişlər üçün, maqnezium və proteinlər əzələ funksiyaları və sinir sistemi üçün də faydalıdır.

Yayda yağda qızardılmış ağır yeməklərdən qaçmaq lazımdır. Yağda bişirilən istər ətli, istər  tərəvəzli yeməkləri çəki artımını dəstəkləyir. Qızartma əvəzinə, qaynatma, sobada bişirmə, buğlama, buxarda bişirmə kimi üsullarla hazırlanan yeməklər qidalanma baxımından faydalı olmaqla yanaşı, bişərkən su itkisinə məruz qalmadığı üçün tox tutur və qida tərkibini, vitaminlərini saxlamış olur.

Sərinləmək məqsədli axşam yeməkdən sonra tez-tez dondurma yeyirsinizsə, kökəlməmək ehtimalınız yoxdur. Sadə şəkərli olan bu qidalar qəbul edildikdə miqdarına və tez-tez yeməməyə diqqət edin. Məsələn, hər dəfəsində 2 top dondurma olmaqla həftədə 3 dəfə yemək olar. Meyvə və dondurmanı eyni vaxtda deyil,  fərqli saatlarda yemək yaxşı olar. Xüsusilə axşam yeməyini saat 20.00 və ya daha əvvəl yemisinizsə, yatmadan 1 saat əvvəl kimi meyvə və ya dondurmanı yeyə bilərsiniz.

Qarpız, qovun, üzüm və əncir qlükoza indeksi yüksək yay meyvələridir. Daha çox günorta saatlarında bu meyvələrdən faydalanmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir