evlilik

Qohum evliliyi problem yaratmır – ARAŞDIRMA

Baxış sayı: 1. 459

Amerikalı alimlərdən ibarət qrup uzun müddətli araşdırmalardan sonra indiyədək əminliklə iddia olunan bir məsələnin əslində yanlış olduğunu üzə çıxarıblar. Alimlər müəyyənləşdiriblər ki, əmioğlu ilə əmiqızının nikahından bir çox hallarda dünyaya xəstə uşaq gəlməsi haqda iddiaların heç bir əsası yoxdur. “Gencaile.az” saytı xarici mətbuata istinadən xəbər verir ki, bir sıra ölkələrdə, məsələn, ABŞ, Böyük Britaniya, Koreya, Tayvan, Çin və Yaponiyada belə nikahlarla bağlı məqamlar hətta qanunvericilikdə də əksini tapıb. Lakin Massaçusets universiteti və Otaho klinikasının alimləri müəyyənləşdiriblər ki, ananın 35 yaşından sonra dünyaya gətirdiyi körpələr arasında xəstəlik halları daha çoxdur və bu, körpənin atasının kimliyindən qətiyyən asılı deyil. Maraqlıdır ki, Ümumdünya Səhiyyə Təşkilatının rəqəmləri də son nəticələri təsdiqləyir. Qurum bildirir ki, qohumluq əlaqəsi olan cütlüyün uşaqları arasında ölüm halları digərləri ilə müqayisədə 3 dəfə azdır.
Son tədqiqatın müəlliflərindən olan Karl Riddon körpənin sağlam olması üçün, sadəcə, vaxtında lazımi tibbi prosedurları keçməyin vacib olduğunu bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir