nikah

Qohumlar arasında nikahdan uzaq olmaq istiqamətində iş aparılacaq – QANUN

Baxış sayı: 1. 094

“Gənclər siyasəti haqqında” qanunun maddələrinə dəyişikliklər nəzərdə tutulub. “Gencaile.az” həmin maddələrə olunan dəyişiklikləri təqdim edir:

 

Qanunun 3-cü maddəsinə edilən dəyişiklikdə gənclərin maraq və ehtiyaclarının nəzərə alınması, gənclər siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və qiymətləndirilməsində gənclərin iştirakının nəzərə alınması, gənclərin təhsili və məşğulluğunun təmin edilməsi üçün şəraitin yaradılması əksini tapıb.

Qanunun 4-cü maddəsinə yüksək nailiyyət əldə edən gənclərin təbliği, aztəminatlı gənc ailələrin sosial müdafiəsi, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli, asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, gənclər arasında hər növ ekstremizm, radikalizmin qarşının alınması kimi dəyişikliklər əksini tapıb.

Qanunun 5-ci maddəsində isə gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi məqsədi, onların ahəngdar inkişafı, gənclərin reablitasiyası məqsədi ilə “Gənclər evi”nin yaradılması nəzərdə tutulur.

Gənclərin zərərli vərdişlərdən uzaq olunması istiqamətində tədbrilərin görülməsi, risk qrupunda olan gənclərə hüquqi və sosoial-psixoliji yardımın təmin edilməsi, bu qrupdan olan gənclərin məşğulluq tədbirlərinə cəlb olunması, sosial-psixoloji reablitasiyası, cəzaçəkmə müəssisələrindən azad olan gənclərin sosial adaptasiya olunması üçün adaptasiya mərkəzlərinə yerləşdirilməsi, qanunun 5-ci maddəsinə həmçinin 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsini təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması üçün bir sıra qadağanedici hərəkətlər də nəzərdə tutulub.

Layihədə 18 yaşınadək olan gənclərə tütün məmulatlarının, spirtli, enerji içkilərinin satışı, idman mərc oyunlarında birbaşa və dolayı iştirakı, gecə klublarında, barlarda olması kimi qadağanedici müddəalar əks olunub.

Qanunun 7-ci maddəsinə peşə, orta-ixtisas təhsil müəssisələrində əyani təhsil alan gənclərin təhsil müəssisəsinin vəsaiti hesabına ildə kompleks tibbi müayinədən keçməsi kimi dəyişikliklər təklif olunub.

Eyni zamanda, gənclərə mənzillə təmin olunması üçün güzəştli kreditlərin verilməsi, onların güzəştli ipoteka kreditlərindən, sudalardan yararlanması kimi dəyişikliklər öz əksini alıb.

Ümumiyyətlə, qanuna 25-dən artıq dəyişiklik edilməsi təklif edilib.

Eyni zamanda qohumlar arasında nikahlardan uzaq olmaq istiqamətində maarifləndirmə işlərinin aparılnması əks olunub.

Qanun layihəsi Milli Məclisin Gənclər və idman komitəsindən müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir