qurabiye

Qonaq bunun dadından doymaz – RESEPT

Baxış sayı: 1. 563

Evinizə qonaq gələndə ona çayın, yaxud kofenin yanında nə təqdim edirsiniz? Dadlı qurabiyə necə olar sizcə? Qonaqlarınıza isti içkilərin yanında dadına doya bilməyəcəkləri fındıqlı qurabiyə vermək istəyirsinizsə, sizə kömək edə bilərik.

“Gencaile.az” fındıqlı qurabiyənin reseptini təqdim edir.

 

Tərkibindəkilər:

• 2 yumurta

• 1 paçka yağ

• 1 stəkan şəkər pudrası

• 1 ədəd qabartma tozu

• Lazımı qədər un

• Çəkilmiş fındıq

Hazırlanması:

İstifadə edəcəyiniz yumurtalardan birinin ağını ayırıb kənara qoyun. Daha sonra fındığı çıxmaq şərtilə bütün ərzaqları qarışdırın. Diqqət edin ki, yağ otaq temperaturunda olsun. Alınan xəmiri kiçik dairələrə ayırın. Balaca topları öncə kənara qoyduğunuz yumurtanın ağına batırın, sonra da çəkdiyiniz fındığa.

180 dərəcədə qızdırılmış sobada bişirin. Çalışın ki, üstü çox qızarmasın. Üstü ağ qalsa daha gözəl görünər. Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir