qonaq otagi

Qonaq otağı dekorasiyasında ən çox edilən səhvlər

Baxış sayı: 203

Qonaq otağı evimizdə ən çox vaxt keçirdiyimiz yerlərdən biridir. Buna görə də qonaq otağı dekorasiyasına xüsusi diqqət göstərmək lazımdır. “Gencaile.az” qonaq otağı dekorasiyasında ən çox edilən səhvləri bu cür sıralayıb.

 

Kifayət qədər rəng istifadə etməmək

Minimalist ola bilərsiniz. Lakin rənglərdən istifadə etməmək otağınızın müasir və gözəl  görünməsinə deyil, darıxdırıcı və monotonluğa səbəb olacaq. Divarlarınızı rəngarəng boyamaq, mebellərinizi rəngliləri ilə əvəz etmək məcburiyyətində deyilsiniz. Yeganə olaraq lazım olan bir neçə rəngli obyekti bildirməkdir.

Mebel dəstləri

Dəst olaraq satılan mebellərdən uzaq durun. Bunun yerinə bir-birindən fərqli dizaynlı, rənglərdə və ölçülərdə parçaları bir araya gətirin. Doğru qaydada istifadə etsəniz, mükəmməl bir uyğunluq təmin edərsiniz.

Yuxarıdan işıqlandırma

Bura geyinmə otağı deyil. Masa lampalarını və ayaqlı lampaları seçin. Fərqli rənglərdə və ölçülərdə işıqlandırmalar otağınıza istilik qatacaq.

Mebeli divara söykəməyin

Evdəki sahəni geniş etmək istəyirsiniz. Ancaq hər şeyin divara söykənməsi otağınızda rəsmi və darıxdırıcı bir ab-hava yaradır. Divan və kreslolarınızın arxasında göstərmək istəmədiyiniz detallar yoxdursa, onları divara söyləmək məcburiyyətində deyilsiniz. Daha rahat və isti bir mühit yaratmaq üçün oturacaqları bir-birinə yaxınlaşdırın.

Tabloları hündürdən asmaq

Foto və tablolarınızı hündürə asdıqda tavan hündür görünmür, sadəcə boş görünməsinə mane olur. Foto və tabloların görünməsi üçün onları göz xətti bərabərində asın.

Çox kiçik xalçalar

Otağınızın ortasına sərdiyiniz xalı ora mütənasib olmalıdır. Sahəni mümkün qədər dolduran və kresloların altına qədər uzanan xalçalar seçməlisiniz.

İstifadə edilməyən əşyalar

İstifadə etmədiyiniz bütün əşyaları qonaq otağınızdan atın. Yalnız ehtiyacınız olan mebelləri saxlayın və həyat tərzinizə görə dizayn edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir