3158

Qorxulu film izləmək kalori itirməkdir?

Baxış sayı: 1. 804

Britaniyada edilən bir araşdırmaya görə qorxu filmi izləyərkən bədəndə baş verən reaksiyalar sayəsində, oturduğunuz yerdə kalori itirmək mümkündür.
Westminster Universitetində hüceyrə və psixologiya sahəsində mütəxəssis olan həkim Richard McKenzie vəziyyəti belə aydınlıq gətirir: «Qorxu filmi izlədiyimiz zamanı bədəndəki qan axışı sürətlənir, ürəyə daha çox qan vurulur, beləcə bədəndə adrenalin artır. Qısa davamlı stress anlarında, yəni qorxu filmi izlərkən qorxduğumuz anlarda artan bu ani adrenalin səviyyəsi iştahı kəsir, əsas metabolik prosesləri artırır. Qısacası bədənimizdə inkişaf edən bu bütün hadisələr əsnasında ciddi kalori itirilməsi reallaşır.»

Araşdırmanın tətbiq qisimində görüldüyü üzrə, ən məşhur qorxu filmlərindən biri olan «The Shining» izləyərkən yandıracağamız kalori sayı tam 184-dür. İşin maraqlı yanı bu qədər kalori yandırmaq üçün edilməsi lazım olan vaxt normalda 30 dəqiqəlik bir müddətdir. Bu araşdırmayla da, doxsan dəqiqə boyunca oturduğunuz yerdə film izləyərək kalori yandırmağımızın mümkün olduğu sübut edildi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir