qorxu_yuxu_00111

Qorxulu yuxuların yeməklə əlaqəsi var imiş

Baxış sayı: 1. 693

Klivlend Universitetinin yuxu pozğunluğu mərkəzinin əməkdaşlarının məlumatına görə, düzgün olmayan rasion qorxulu yuxulara səbəb ola bilər. İnsan qidalananda onun beyninin aktivliyi artır. Bu səbəbdən də yuxunun muddəti uzanır.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, aparılmış araşdırmada 389 könüllü iştirak edib. Nəticələr göstərib ki, qorxulu yuxunun 8,5% günahkarı qidadır.

Avstraliyadakı Tasmaniya Universitetinin biokimyaçılarının eksperimentləri də bunu təsdiq edir. Tədqiqatda iştirak edən altı nəfər yatmazdan öncə xardal, ketçup və digər ədvalarla zəngin qidalar qəbul edib. Yuxunun birinci tsikli zamanı onların bədənlərinin hərarəti artıb. Könüllülərin yuxuya getməsi üçün xeyli zaman tələb keçib. Onların gördükləri qorxulu yuxuların sayı da artıb.

“The Journal of the Mind and Booty” jurnalında məqalə ilə çıxış edən digər qrup alimin iddiasına görə isə, qida pozğunluğu qorxulu yuxunun tək səbəbkarı deyil. Dondurma və şirniyyat da qorxulu yuxuya səbəb ola bilər. Təcrübə göstərib ki, araşdırmada iştirak edən və şirniyyat qəbul edən hər 10 nəfərdən yeddisi kabus görüb.

Bundan əlavə, insanın yatarkən olduğu poza da yuxuya təsir göstərir. 2004-cü ildə aparılan araşdırma göstərmişdi ki, sol tərəfi üstə yatan adamlar daha çox qorxulu yuxular görürlər. Sinə üzərində yatanda isə yuxunun emosional rəngi parlaq olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir