et

Qoyun və mal ətinin düzgün bişirilmə qaydası necədir?

Baxış sayı: 179

Gah dolma yumşaq alınmır, gah da kotletlər taxta kimi quru olur. Hələ daş kimi bərk kababdan danışmırıq. Bunların səbəbini isə çox vaxt istifadə etdiyimiz ətin keyfiyyətində görürük. Təbii ki, ət yeməklərinin hazırlanmasında bunun da rolu var. Amma bir çox problemlər bilgisizliyimizdən irəli gəlir.

“Gencaile.az” saytı mal və qoyun ətinin hissələrindən hansı xörəklərin daha dadlı alınacağı haqda qeydləri təqdim edir.

 

Mal əti

Boğaz hissə- Şorbalar, qiymə və içliklər

Bel hissə- Şorbalar, kotlet, qulyaj

Kürək hissəsi- qaynadılmış və yumşaq tikələr, şorbalar

File- Bütöv qalın və nazik tikələr, bifşteks, langet və s.

Yarısümüklü hissə- isti xörəklər, sümüklü şorbalar, bulyon

Sümüklü hissə- qaynadılmış və hisdə bişirilən ətlər, kabab, kotlet,dolma, küftə

Arxa hissə- Hisdə bişirilmiş və qaynadılmış ət, kotlet, qiymə, şorba, dolma və bulyon

Çiyin hissə- şəffaf bulyonlar, kotlet, qiymə, dolma

Döş əti- qaynadılmış, müxtəlif salatların hazırlanmasında istifadə etmək olar

Alt hissə(qasıq) – qiyməli xörəklər

Ön və arxa ayaqlar- qovurma və xaş

Qoyun əti

Bel və kürək hissə- döymə kotlet, kabab, plov, dolmalar, qaynadılmış ət

Arxa hissə- qovurma, kabab, isti xörəklər

Döş hissəsi- raqu, plov, şorbalar

Alt hissə (qasıq) – plov, şorbalar

Boyun hissə- şorbalar, bulyonlar

Boğaz hissə- şorbalar, isti xörəklər

Ön və arxa ayaqlar- xaş, şorbalar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir