salat

Qozlu-bibərli salat – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 257

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə dadından doymayacağınız ispanaqlı göbələk dolmasının hazırlanma qaydasını təqdim edirik.

 

Tərkibindəkilər:

70 qr kərə yağı

400 qr göbələk

1 ədəd ortaboy nazik doğranmış soğan

2 st nazik doğranmış ispanaq yarpaqları

60 qr nazik doğranmış ət

1 st çörək qırıntısı

50 qr holland pendiri

 

Hazırlanması:

Göbələklərin saplaqlarını qoparıb yuyun. Yaxşıca quruladıqdan sonra kənara qoyun. Tavada kərə yağını əridin. Soğanları əlavə edib qovurmağa başlayın. Soğanlardan sonra ispanaq və incə doğranmış ətləri əlavə edib qovurun. İspanaqlar tam suyunu çəkdikdən sonra tavanı kənara qoyub içinə çörək qırıntılarını əlavə edin. Hazırladığınız bu qarışımı göbələklərin içinə doldurub üzərinə holland pendiri tökün. 180 dərəcədə sobada bişirdikdən sonra isti halda süfrəyə verin.

Qeyd: Göbələk su çəkən tərəvəz olduğundan mütləq yaxşı yumaq və yuduqdan sonra yaxşıca qurutmaq lazımdır.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir