yemeye ne var

Qozlu kükü belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 194

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə qozlu kükü hazırlamağın qaydasını təqdim edirik.

 

Qozlu kükü üçün lazım olan ərzaqlar

100 q Kərə yağ

100 q Holland pendiri

250 ml Qaymaq

Göy soğan

Şüyüd

Keşniş

Duz

İstiot

 

Servis üçün

250 ml Xama

qozlu kuku

Qozlu kükü üçün ərzaqların hazırlanması

Qozlu kükü üçün istifadə edəcəyimiz göyərtiləri ayirtladıqdan sonra təmiz-təmiz yuyun. Suyunu çəkməsi üçün bir mətbəx dəsmalının üzərinə sərin. Suyu quruyan göyərtini kiçik-kiçik doğrayın. Qoz ləpəsini də təmizləyin. Təmizlədiyiniz qoz ləpəsini çox əzmədən doğrayın. Qozlu kükü üçün istifadə edəcəyiniz qaymağı bir kasaya alın. Holland pendirini rəndədən keçirin. Küküyə vuracağınız yumurtaları yuduqdan sonra bir qaba sındırın.

 

Qozlu kükünün ərzaqlarının bişirmək üçün hazırlanması

Sındırdığınız yumurtaların üzərinə qoz ləpəsini əlavə edib qarışdırın. Yumurtalı qoz qarışımının üzərinə duz və istiot əlavə edib qarışdırın. Hazırladığınız qozlu yumurta qarışımını doğradığınız göyərtinin üzərinə əlavə edərək yenidən çırpın. Pendiri əlavə etdikdən sonra yaxşı qarışdırın.  Artıq bişirəcəyiniz kükünün ərzaqları hazırdır.

 

Qozlu kükünü bişirmək üçün sobanın hazırlanması

Qozlu Kükünü bişirmək üçün sobanı əvvəlcədən 180 dərəcəyə qədər qızdırın. Qozlu kükü bişirəcəyiniz qabı bir az qızdırın ki, yağ əriyib qabın hər tərəfinə yayılsın.

 

Qozlu kükünün bişirilməsi

Əvvəlcədən qızdırdığınız sobada Qozlu Kükünü bişirin.Qozlu kükünün tərkibində olan holland pendiri tamamən əridikdən sonra və üzəri azca qızardıqdan sonra sobadan almaq lazımdır.

 

Qozlu kükünün servis edilməsi

Kükü bişdikdən sonra sobadan çıxarıb isti-isti servis etmək lazımdır.Öz zövqünüzə uyğun olaraq süsləyə bilərsiniz.Kükünü xama ilə süsləyərək servis edə bilərsiniz.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir