kara_5bc7d8bb3a40537a8c9f5b0393a0b6e2

“Qreçka” pəhrizi ilə arıqlayın – QAYDA

Baxış sayı: 5. 040

Sağlam qidalanma ən önəm verdiyimiz məsələlərdən biridir. Təbiətin bizə bəxş etdiyi möcüzəvi qidaları həyatımıza daxil edərək sağlıqlı qidalanmaq mümkündür. Bu qidalardan biri də “qreçka” kimi tanıdığımız qarabaşaqdır.

Qarabaşaq yüksək proteinə sahibdir. Tərkibində doymamış yağ asitləri, aminoasitlər, antioksidanlar, B1, B2 və E vitaminləri olmaq üzrə bir çox vitamin, fosfor, maqnezium, sink və mis var.  Yüksək nisbətdə pəhriz lifi var.

Az yağ tərkibli olduğu üçün qidalanmada və arıqlama pəhrizlərində istifadə edilə bilər. Aclıq hissini öldürməkdə çox təsirlidir.

Yüksək xolesterolun düşməsinə kömək olur. Gündə 100 qram qarabaşaq yeyənin pis xolesterolunun düşdüyü, əvəzində isə xoş xassəli xolesterolun artdığı görülüb.

Tərkibindəki “choline” maddəsi qaraciyər yağlanmasının qarşısını alır.

Qan təzyiqinin düşməsində təsirlidir.

İçərisindəki “rutin” fermenti sərbəst radikallarla mübarizə aparıb bədəni xərçəngə qarşı qoruyur.

Bu flavonoid qanın axınını tənzimləyir, qan damarlarını qoruyur, qan laxtalanması və qan itkisini əngəlləyir.

Yüksək maqnezum tərkibi ilə qan şəkərini normasında saxlayır. Şəkər xəstələri qarabaşağı problemsiz yeyə bilər.

Ailem.az arıqlamaq istəyənlər üçün qarabaşaq pəhrizini təqdim edib.

1-ci gün

Oyananda : 2 stəkan su və 2 ədəd quru ərik

Səhər yeməyi : yağsız tost ,  2 ədəd qoz, 1 stəkan  süd

Günorta yeməyi : 120 qr yağsız dana əti, detoks ayran, bol yaşıllıqlı salat

Ara yemək : 1 kasa zəncəfilli qatıqlı qarabaşaq

Axşam yeməyi : Qatıqlı qarabaşaq, 1 kasa tərəvəz şorbası

Gecə: 1 böyük kivi

 

2-ci gün

Oyananda : 2 stəkan su və 3 ədəd ərik qurusu

Səhər yeməyi :  Qaynamış yumurta və 1 çay qaşığı bal, 1 dilim kəpəkli çörək, 1 fincan şəkərsiz çay

Günorta yeməyi :  Qızardılmış sümüksüz balıq, 1 kasa mərci şorbası, bol kahı salatı

Ara yemək :  10 ədəd badam, 10 ədəd fındıq

Axşam yeməyi :  Qozlu qarabaşağ salatı, detoks ayranı

Gecə:  2 incə dilim ananas

 

3-cü gün

Oyananda : 2 stəkan su, 2 ədəd qoz

Səhər yeməyi :  1 kasa qarabaşaqlı süd qarışımı

Günorta yeməyi :  toyuq qızartması, qozlu qarabaşaq salatı

Ara yemək :  2 kəpəkli biskvit, 1 fincan südlü qəhvə

Axşam yeməyi :  Qatıqlı qarabaşaq , 1 kasa tərəvəz şorbası

Gecə:  1 stəkan nar suyu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir