sogan kababi

Qripə qarşı ən güclü vasitə – soğan kababı

Baxış sayı: 939

Soğan qripə qarşı ən güclü təbii antibiotik hesab edilir. Onun kababı isə həm ləzzətli, həm də güclü antibiotik təsirə malikdir.

Bu barədə Anadolu mətbəxini Araşdırma İnkişaf etdirmə və Qoruma Dərnəyi nin rəhbəri Tahir Tekin Öztan bildirib.

Onun sözlərinə görə, bədən müqavimətini artırmaq və immun sistemini gücləndirmək üçün təbii antibiotik xüsusiyyəti olan soğan süfrədən əksik olmamlıdı.

Onun fikrincə, nar şirəsinə qoyulumuş qiyməli soğan kababı qripə qarşı ən təsirli vasitə hesab olunur.

Hər mövsümdə virusdan qorunmaq üçün çoxlu tərəvəz yeməyi tövsiyə edən Tahir Öztan deyib ki, qış mövsümündə immunitet sistemini gücləndirici tərəvəzlərin başında soğan gəlir. “Soğan kababı, bu mənada tövsiyə edəcəyimiz ən gözəl qış yeməyidir”, – deyə Tahir Özkan əlavə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir