sud

Qrip olan ana uşağa süd verə bilər? – HƏKİM MƏSLƏHƏTİ

Baxış sayı: 1. 960

Qrip olan ana körpəsini əmizdirə bilər. Bunu türkiyəli uşaq həkimi Mahmut Çivilibal deyir. “Gencaile.az” Aile.lent.az-a istinadən onun qrip olan analara verdiyi məsləhətləri təqdim edir.

Sürətlə yayılan donuz qripi (H1N1) uşaqlarda, xroniki xəstəliyi olan insanlarda ölümlə nəticələnə bilər. Analar isə düşünür ki, qrip olsalar körpələrini əmizdirə bilməyəcəklər. Anaların çoxu qrip olduğu zaman əmizdirməyə ara verir. Həkimsə bildirir ki, qrip olan ana körpəsini əmizdirməyə davam etməlidir: “Əmizdirməyi kəsən ana özü də bilmədən körpəni xəstəliklərə qarşı qoruyan təbii vasitənin qarşısını alır. Qrip ana südündən deyil, hava, damcı vasitəsilə və yaxın təmas nəticəsində keçir. Əmizdirməyi kəsdikdə isə uşaq xəstəliklərə daha həssas olur. Dolayısı ilə, ana südü xəstəliklərə qarşı qoruyucu çəpər rolunu oynayır. Qrip təhlükəsinin yüksək olduğu vaxtlarda qripə qarşı bir şansdır. Çünki ana südünün tərkibindəki immuniteti gücləndirən antiviral və antibakterial maddələr uşaqları xəstəliklərdən qoruyur. Ana südü ilə qidalanan uşaqlar xüsusən də yuxarı nəfəs yolu xəstəlikləri infeksiyalarını yüngül və daha az keçirir”.

Maska taxın

Həkim analara əmizdirən zaman bunları etməyi tapşırır:

1. Əmizdirən ana qrip keçirirsə və ya soyuqdəyməsi varsa, nəfəsini körpədən uzaq tutmalıdır.

2. Körpənin üzünə doğru öskürüb asqırmamalıdır.

3. Əmizdirmə kimi yaxın təmas dövrlərində mütləq maska taxılmalı və bu maska ən azı 30 dəqiqə sonra yenisi ilə əvəz edilməlidir.

4. Ananın alt paltarları və geyimi təmiz olmalı, gigiyenik qaydalara riayət etməlidir.

5. Ana tez-tez əllərini sabunla yumalıdır.

6. Ana əllərini tez-tez vurduğu əşyaları da təmiz saxlamalıdır.

7. Körpə anası və başqa insanlar tərəfindən qəti olaraq öpülməməlidir.

8. Ev tez-tez havalandırılmalıdır.

9. Qrip olan ana mütləq həkimə müraciət etməli və müalicə almalıdır. Həkim tərəfindən antiviral dərman qəbul etməyi tapşırılan ana körpəni əmizdirə bilər.

10. Körpəsini əmizdirə bilməyəcək qədər xəstə olan ana südünü sağıb verə bilər.

Həkim məsləhəti olmadan dərman atmayın

Qrip olan analar həkim məsləhəti ilə dərmanı rahatlıqla qəbul edə bilər. Qrip olan və əmizdirən ana lazım olduqda həkim məsləhəti ilə antiviral (qrip xəstəliyində istifadə edilən dərmanları qəbul edə bilər. Qəti olaraq qəbul edə bilməyəcəyi dərmanlar isə xərçəng dərmanları, miqren müalicəsində istifadə edilən dərmanlar) və immunitet sisteminə təsir edən dərmanlardır.

M. Çivilibal analara uşaqları əmizdirdikdən sonra istirahət etməyi məsləhət görür: “Ana qrip olan zaman gigiyenik qaydalara mütləq əməl etməlidir. Əmizdirən ana qrip olan digər xəstələrə nisbətən daha çox maye, vitamin və mineral qəbul etməlidir. Bu sıraya bitki çayı, bol meyvə də daxildir. Hər zamankından daha artıq proteinli qidalar yeməli və uşaqlarını əmizdirdikdən sonra mütləq istirahət etməlidirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir