qrip

Qripdən qoruyan qidalar – FOTOLAR

Baxış sayı: 1. 606

Havalar soyuyan zaman orqanizmin müqavimət qabiliyyəti azalır, izdihamlı yerlər və yorğunluq daha tez xəstələnməyə sövq edir. “Gencaile.az” bizi qripdən qoruyan və gündəlik qidalanma rasionunda yer almalı olan qidaların siyahısını təqdim edir:

Nar

Nar immuniteti gücləndirərək bədən müqavimətini artıran ən əhəmiyyətli meyvədir. Xüsusilə tumları ilə birlikdə yeyilməsi həzm sistemini yaxşılaşdırır. Bu isə xəstəliklərin yaranmasına mane olur. Hər gün 1/2 ədəd nar yeməklə gündəlik meyvə ehtiyacınızı ödəmiş olarsınız.

nar

Qatıq

Probiyotik quruluşu ilə həzm sisteminin sağlamlığını qoruyaraq xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Qatığı tərəvəzlərlə qarışdıraraq salat kimi və ya şorbaya əlavə edərək də yeyə bilərsiniz. İmmuniteti yüksəltmək üçün hər gün 2 stəkan qatıq istehlak etməlisiniz.

yogurt5

Balqabaq

Bu qidada lifin, vitamin və mineralların dəyərləri çox yüksəkdir. Payız-qış tərəvəzi olan balqabaq xüsusən uşaqlarda, yaşlılarda və hamilələrdə xəstəliklərə qarşı bədənin müqavimətini artırmağa dəstək olur. Bədəndəki zəhərli maddələrin yaranma potensialını azaldır və xolesterini salır. Həftədə ən az 2 dəfə bişirilmiş halda yemək və ya salatlara əlavə edərək yeyilməsi lazımdır.

balkabagi

Sarımsaq

Sarımsaq antioksidant quruluşu ilə immunitetin güclənməsini təmin edir və sizi qripdən qoruyur. Anti-influmatuar məzmunu bakteriya və göbələk əmələ gəlməsini azaldır. Soyuq qış günlərində gümrah olmaq istəyirsinizsə, hər gün 1-2 diş sarımsağı salatlara, şorba və yeməklərə əlavə edərək yeyin.

sarimsak6

Gül kələmi (brokkoli)

Gül kələmi immuniteti artıran vitamin və mineral tərkibi ilə orqanizmin müqavimət qabiliyyətinin də artmasını təmin edir. Xüsusilə qış aylarında qripdən qorunmaq üçün hər gün 1 kasa şorba, salat və ya tərəvəz yeməyi istehlak etməyiniz lazımdır.

brokoli

Fındıq

Lif, vitamin və mineral dəyəri yüksək qidadır. Yağlı toxum qrupundan olan fındığı çəkiyə nəzarəti təmin etmək və immuniteti gücləndirmək üçün hər gün 1 ovuc istehlak etməlisiniz.

findik

Naringi

Tərkibi C vitamini ilə zəngindir, soyuqdəyməyə və qripə qarşı müdafiə sistemimizi gücləndirir. Həmçinin bəzi qidalardan aldığımız dəmiri aktiv hala gətirərək performansını artırır. Tərkibindəki yüksək kalium təzyiqi salır. Pis xolesterini azaltmağa köməkçi kimi ürək xəstəliklərindən qoruyur.

Related image

Kivi

Bir ədəd kivi gündəlik C vitamini ehtiyacını ödəməyə yetər. C vitamini ilə yanaşı onun tərkibinə A, B1, B2 vitaminləri, fosfor, kalsium, dəmir və zülallar daxildir. Qrip və soyuqdəymə kimi qış xəstəliklərdən qoruyur, xərçəng xəstəliyini önləyici xüsusiyyətə malikdir.

Heyva

Zəngin təribinə A, B1, B2, C vitamini daxildir. Ağız qoxusunu aradan qaldırır. Qusmanın qarşısını alır. İshala yaxşı təsir edir.

Image result for HEYVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir