qrip

Qripdən və ölümcül infeksiyalardan necə qorunmaq lazımdır?

Baxış sayı: 697

Sağlamlıq üzrə mütəxəssislər qripdən qorunmaq üçün bol C vitamininə ehtiyac olduğunu bildirirlər.
Toyuq və ya hind toyuğu suyuna şorba, soğan, sarımsaq, darçın, zəncəfil, bal, cökə və ada çayı immunitetin artmasına kömək edir.

Üst tənəffüs yolu infeksiyalarına yetkinlər  ildə ortalama 2- 4 dəfə, uşaqlar isə ildə  6-10 dəfə tutulurlar. Bu infeksiya adətən öz-özünə keçib gedir.  Nadir hallarda yüngül  infeksiyalar bəzi problemlərə yol açır. Üst tənəffüs yolu dedikdə ilk olaraq ağla burun, paranazal sinuslar, boğaz, qırtlaq başda olmaq üzrə baş və boyunda iştirak edən, sinə boşluğu üzərində olan anatomik bölgələr gəlir.  Öskürək, burun axması və tutulması, zəif qızdırma, boğaz ağrısı kimi əlamətlər bəzən də infeksiya ilə eyni anda birdən çox anatomik bölgəyə də təsir edə bilər. Üst tənəffüs yolu infeksiyalarının səbəbləri arasında viral və bakterial mikroorqanizmlər təsirli olur. Bəzən başlanğıcda viral infeksiya sonradan bakterial xüsusiyyət qazanır.

 

24-48 saatlıq xəstəlik

Xəstəlik insanların çox olduğu mühitdə, xüsusilə bağçalarda, məktəblərdə daha tez yayılır.  Xəstəlik adamın istifadə etdiyi dəsmal, qab, çəngəldən və qapı dəstəyi kimi təmas etdiyi əşyalardan,  ya da asqırıq, öskürük vasitəsilə mikrobların göz, burun və ağız yoluna daxil olması ilə reallaşar. Əlamətlər 24 – 48 saat davam edən zəif qızdırma, halsızlıq, iştahsızlıq, üşümə və titrəmə ilə başlayır. Daha sonra şiddətli sulu burun axıntısı, boğazda yanma, asqırma və öskürmə müşahidə edilir. Gözlərdə qızartı,  səsdə kobudlaşma, burun tutulması,  qoxu və eşitmədə keçici zəifləmə,  baş gicəllənməsi də ola bilər. Bakterial infeksiyanın əlavə olunması, burun axıntısının tündləşməsi, sarı-yaşıl rəngə dönməsi, qızdırma və digər əlamətlərlə ağırlaşa bilər. Bu halda həkimin göstərişi antibiotikdən istifadə edilir.

 

Öskürməyin müddətinə diqqət!


Xəstəlik 3 – 7 günə keçir, öskürək isə  iki həftəyə qədər davam edə bilər. Uşaq yaş qrupunda orta qulaq infeksiyası,  ürək bulanma və qusma müşahidə edilə bilər. Yetkinlərdə isə sətəlcəm, ağciyər iltihabı, sinuzit və ürək xəstəliklərin şiddətlənməsi, hətta ölümə yol aça bilər. Müalicədə yataq şəraiti, bol mayenin qəbul edilməsi, tənəffüs yollarının nəmləndirilməsi və simptomatik dərman müalicəsi aparılır.

 

Mütəxəssislər “Peyvənd önəmlidir” deyir

Mütəxəssislər infeksion xəstəliklərin yayılmasının qarşısını almaq üçün peyvəndin önəmli olduğunu vurğulayırlar.

Xüsusi risk qrupları

5 –  65 yaşlı şəxslər, uzun müddət aspirin müalicəsi alan 19 yaşından kiçik fərdlər, hamilələr, xroniki ağciyər və ürək-damar, xərçəng, böyrək xəstələri və qocalar evində qalanlar yüksək risk qrupuna daxildirlər. Bu yüksək risk qrupunun hər il sentyabr-yanvar ayları aralığında peyvənd  edilməlidir.

 

14 mindən çox insan H1N1-in qurbanıdır

H1N1  virusunun yeni  növü  quş, donuz və insan viruslarının iştirakı ilə yaranıb. Ən çox gen yükü donuz viruslarından gəldiyi üçün donuz qripi adı da verilən epidemiyalarda 2010-cu ilin fevralından bəri  bütün dünyada 14 min 286 nəfər ölmüşdür.  Bu tip virus infeksiyaları mədə-bağırsaqda pozulma ilə başlayır. Tez-tez əl yumaq, xəstə adamdan təxminən iki metr uzaqlıqda durmaq, əlcək və maskadan istifadə etmək, xəstənin 10 günə qədər cəmiyyətdən uzaq, evdə istirahəti qoruyucu tədbirlər arasındadır. Qışda bağlı və izdiham olan mühitlərdən uzaq durmaq lazımdır.

Bol C vitamini ehtiva edən limon, naringi, portağal,  kimi meyvələr və ilıq-isti içkilər qoruyucu tədbirlər arasındadır. Toyuq və ya hind toyuğu suyuna şorba, soğan, sarımsaq, darçın, zəncəfil, bal, cökə və ada çayı immunitetin artmasında çox böyük rol oynayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir