qrip

Qripdən qorunmaq üçün yeni üsul – HƏKİM MƏSLƏHƏTİ

Baxış sayı: 1. 307

Yazın gəlməsinə baxmayaraq, mövsüm dəyişikliyi qripə yoluxma riskini artırır. Ona görə də infeksiyalı xəstəliklərdən qorunmaq üçün müəyyən tədbirlər görmək lazımdır.

Həkimlər turşu və turşu suyunun qripə qarşı ən yaxşı vasitə olduğunu bildirirlər. Tərəvəz və meyvələr turşuya qoyulub yeyildikdə belə, bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayır. Turşu yüksək miqdarda lif ehtiva edir, ona görə də orqanizm üçün faydalıdır. Onun tərkibindəkiı yararlı bakteriyalar bağırsaqlar və ümumilikdə bütün həzm sistemi üçün böyük əhəmiyyət kəsb edir.Bu bakteriyalar immunitet sistemini gücləndirir, qripdən və digər infeksiyalı xəstəliklərdən qorunmağa kömək edir. Probiyotiklər eyni zamanda bağırsaq xərçəngindən qoruyan müəyyən maddələr ehtiva edir.Bütün bu faydalarına baxmayaraq, turşunu həddən artıq yemək olmaz. Çünki turşu kökəlməyə səbəb olmaqla yanaşı, ürək və böyrək üçün də təhlükəlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir