qucaqlashmaq

Qucaqlaşmağın daha bir faydası: soyuqdəymədən qoruyur

Baxış sayı: 748

Qucaqlaşmaq sevgiylə etdiyimiz ən gözəl hərəkətdir. Qarşılıqlı pozitiv enerji axınının olduğu, rahatladıcı bir hərəkət. Bəs qucaqlaşmaq rahatlatmaqdan başqa nələrə xidmət edir?

Sevgiylə toxunmağın insan psixologiyası və ümumi sağlamlıq üçün önəmli olduğunu hər kəs bilir.

Ailem.az-ın xarici mətbuata istinadən məlumatına görə, Amerikada aparılan bir araşdırma qucaqlamağın stresslə yanaşı, insanı soyuqdəymədən də qoruduğunu ortaya çıxarıb. Araşdırmaya görə,  sosial dəstəyin bir növü olan qucaqlaşmaq soyuqdəymədən də qoruyur.

Tez-tez qucaqlaşanların başqaları ilə daha az gərgin münasibətdə olduğu, immunitetinin güclü və stresslə bağlı xəstəliklərə yoluxma riskinin də az olduğu görülüb. Az qucaqlaşanların isə daha stressli olduqları və infeksiyalara qarşı həssas olduqları müəyyənləşib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir