q

Qurbağa yedi, beynindən qurdlar çıxdı…

Baxış sayı: 259
Çinli qadının son 6 ildir baş ağrılarından əziyyət çəkməsinin qəribə səbəbi açıqlanıb. 29 yaşlı qadının durumunu araşdıran həkimlər onun uşaq vaxtı diri-diri qurbağalar yeməsinin orqanizmində ciddi problemlər yaradığını deyiblər. Yen Meng ad-soyadlı qadın son 6 ildir nə qədər müalicə alsa da, nəticə olmayıb.
Bir müddət əvvəl isə beyin tomoqrafiyası çəkdirən qadının beynində parazitlər olduğu aşkarlanıb. 8 santimetr uzunluğu olan qurdlar qadının sinir sistemini sarıb. Uşaq vaxtı qurbağalar yediyini açıqlayan qadın bu problemin onlardan qaynaqlandığını eşitdiyi zaman şoka düşüb. Həkimlər qadının beynindəki qurdları əməliyyatla təmizləmək istəyirlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir