qurban etri

Qurban bayramında ət yeyərkən nələrə diqqət etməli?

Baxış sayı: 1. 107

Qurban bayramına bir neçə gün qalıb və hamı qurban bazarlarına axışıb. Kimi qoyun alır, kimi də dana. Ən çox da qiymətlərə fikir verilir. Əslində isə Qurban bayramı üçün kəsiləcək heyvan seçərkən başqa meyarlar da nəzərə alınmalıdır.

Görəsən, hansı heyvanın əti daha faydalıdır? Qurbanda qoyun, yoxsa dana kəsən daha faydalı ət paylamış olur? Qidalanma üzrə mütəxəssis və diyetoloq Melis Torluoğlu qoyun əti ilə dana əti arasındakı fərqlərdən danışıb.

“Gencaile.az”  Türkiyə mətbuatına istinadən bu maraqlı bilgiləri sizinlə bölüşür:

 

Melis Torluoğlu qoyun əti ilə dana əti arasındakı ən böyük fərqin onların enerji dəyərlərində olduğunu deyir:

“Heyvanın qidalanması, yaşadığı mühit və yaşı onun ətinin dadına və enerji dəyərinə təsir edir. Ancaq yenə də deyə bilərik ki, 100 qram dana əti 150 kalori, eyni miqdarda qoyun əti isə 250 kalori enerji dəyərinə malikdir. Ancaq dana ətində xolesterol çoxdur. 100 qram dana və qoyun ətini müqayisə etsək, görərik ki, dana ətində orta hesabla 90 mg, qoyun ətində isə 70 mg xolesterol var.

Lakin buna baxmayaraq, kök insanlar, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, yüksək xolesterolu olanlar bayramda qoyun əti əvəzinə dana əti yeməlidirlər.

Xolesteroldan əziyyət çəkənlərə qoyun, dana əti, toyuq və balıq ətini balanslaşdırmalarını tövsiyə edirəm. Yəni həftənin 4 günü ət yemək istəyirlərsə, hər dəfə fərqli ət növü seçsinlər. Yedikləri ətin miqdarı 120 qramı keçməməlidir”.

Diyetoloq tərkibindəki yağlar baxımından qoyun ətinin daha faydalı olduğunu deyir:

“Az yağlı qoyun ətində, dana əti ilə müqayisədə daha çox doymuş yağ var. Bu da qoyun ətinin orqanizma üçün faydalı olduğunu göstərir. Ancaq tərkibində doymamış yağın da həddən artıq çox olması onu yeyərkən diqqətli olmağa sövq etməlidir. Nəzərə alın ki, 100 qram dana ətində 3.8 qram yağ var, qoyun ətində isə bu 17 qram təşkil edir”.

Qoyunla dana ətini müqayisə etməyə davam edən Melis Torluoğlu zülal baxımından hansının zəngin olduğuna da aydınlıq gətirib:

“Qoyun və dana ətinin 100 qramında olan zülal miqdarına nəzər saldıqda görürük ki, dana əti zülal baxımından daha zəngindir. Dana ətində 28 qram, qoyun ətində isə 17 qram zülal var”.

Dana əti xüsusilə böyümə və inkişaf etmə dövründə olan uşaqların, hamilə qadınların, idmanla məşğul olanların menyusunda yer almalıdır. Xüsusilə, qadınlarda daha çox müşahidə olunan dəmir çatışmazlığı zamanı dana əti yemək tövsiyə edilir. Ancaq mütləq yanında bol vitaminli yaşıl tərəvəzlərdən hazırlanmış salat da yeyilməlidirlər. Onu da qeyd edim ki, qoyun ətində dəmirin miqdarı dana ətindəkindən iki dəfə azdır.

Dana əti tərkibindəki B vitaminləri, karbohidrat və zülallarla orqanizmin sağlamlığı üçün böyük rol oynyır. Həzm prosesini yaxşılaşdırır, sağlam və gözəl dəriyə, saçlara sahib olmağa kömək edir. Həmçinin qaraciyərə yaxşı təsir göstərir.

Diyetoloq ətlərin rənginin qırmızılığına diqqət etməli olduğumuzu vurğulayıb:

“Qoyun əti, dana ətindən daha qırmızı olur. Buna səbəb ətə rəng verən miyoglobulin maddəsidir. Miyoglobulinin miqdarı heyvanın yaşına, cinsinə, növünə və böyüdüyü mühitə uyğun olaraq dəyişə bilir. Ancaq bəzən ət uyğun şəraitdə saxlanılmır, bu zaman ətin rəngi tündləşir. Ət alarkən diqqətli olmaq lazımdır. Qurban bayramında paylanılan və qapınıza gətirilən ətlərdən istifadə edərkən də diqqətli olun. Əgər ət öz parlaq rəngini itiribsə və qəhvəyiyə çalışrsa, o ətdən istifadə etməyin. Çünki bu heyvanın yaşlı olmasının və ya ətin yaxşı şəraitdə saxlanılmadığının göstəricisidir”.

Diyetoloq sonda Qurban bayramında menyuda mütləq yaşıl yarpaqlı tərəvəzlərin və meyvələrin də yer almasını tövsiyə edir. Sadəcə ətlə qidalanmağın və əti həddən artıq çox yeməyin orqanizmə zərərli olduğunu, insanı yaşlandırdığını qeyd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir