usaq

Qüsurlu uşaqlarda psixoloji travmanın qarşısını necə almaq olar?

Baxış sayı: 1. 146

Nəticə olaraq uşaqlar ətraflarından uzaqlaşmağa başlayır, aqressiv olur, onu əzizləyən valideyninə qarşı daha sərt çıxış edir. Çünki onlar elə düşünür ki, valideynləri onları aldadır. Əslində isə onlar olduqca çirkin və cəmiyyətdə lağ olunacaq haldadırlar. Təbii ki, uşaqları bu hisslərdən vaxtında qurtarmaq lazımdır. Əks halda, bu komplekslər yaş ötdükcə yerini daha pis fəsadlara verə bilir.

Uşaqlar üçün əsas kompleks səbəblərindən biri də onların qulaqlarıdır. “Çömçə qulaq” kimi tanınan qulaq dikliyi əksər uşaqlarda var. Kiçik yaşlarda uşaqlar üçün bu hal nə qədər şirinlik olaraq qəbul edilsə də, yaş artdıqca onlar əslində belə qulağın normal olmadığını anlayırlar. Uşaqlarda çömçə qulaq xüsusilə məktəb dövründə psixoloji zədələrə səbəb olur. Yoldaşları arasında lağ mövzusu olan uşaqlar özünə inam problemi yaşayır. Halbuki kiçik bir əməliyyatla onları bu zədələrdən qorumaq mümkündür.

Estetik cərrah, LOR Südabə Sədrəddinovanın sözlərinə görə, uşaqlar üçün çömçə qulaqdan xilas olmanın ən uyğun dövrü 6 yaşdır. Qulaq inkişafı insanlarda 6 yaş ətrafında tamamlanır. Bu səbəbdən də ideal olan vaxt çömçə qulaq əməliyyatını uşaq məktəbə başlamadan etməkdir. Beləcə uşağın yaşayacağı psixoloji zədələrin və ictimai problemlərin də qabağına keçilmiş olar: “Otoplastika hazırda geniş yayılmış əməliyyat növüdür. Çömçə qulaq başla qulaq arasındakı bucağın normaldan daha geniş olması halıdır. Qarşıdan baxıldığında qulaq seyvanı diqqətə çarpır, qulaq seyvanının kənarları dik olur. Çömçə qulaq, estetik bir problem olub fiziki bir xəstəlik halı sayılmır. Ayrıca diqqət çəkəcək ölçüdə bir açıqlıq, çömçə görünüşlülük varsa, psixoloji problemlərə yol aça bilir. Müalicə və lazım olan əməliyyat edilməzsə, uşaq davamlı psixoloji problemlər və özünə inam itkisi yaşaya bilər. Əməliyyat edilmədikdə uşaq ya bu vəziyyəti qəbul edib bu şəkildə yaşamağa çalışar ya da çömçə qulağını davamlı olaraq gizləməyə cəhd göstərər. Təəssüf ki,xəstələr əksəriyyətlə gənc qızlıq dövründə bizlərə müraciət edirlər. Bu vəziyyətdə onların uşaqlıq və gənclik dövrlərində həm ictimai, həm də psixoloji baxımdan problemlərlə keçirmələrinə səbəb olur. Əməliyyat belə sayılmayacaq bir proses olan qulaq düzəldilməsində qorxulacaq bir hal yoxdur”.

Estetik cərrah bildirir ki, 6 yaşdan yuxarı, hələ qulaq qığırdağı möhkəmlənməmiş uşaqlarda bu cür əməliyyatlar çox rahat və tez olur. 2 həftə ərzində isə qulaq anadangəlmə formada ağrısız və zədəsiz olur: “Çömçə qulaq əməliyyatında qulağın formasına uyğun əməliyyat yöntəmi seçilir. Qulaq seyvanının qığırdağı çəkilərək əksinə istiqamətə çevrilir. Qulaq qığırdağının ara-dib qismi başa tikilərək bucaq məsafəsi azaldılır. Daha sonra qulaq arxasındakı dəri çoxluğu çıxardılır və ardından da keçici bir qıf ilə bu formanın qorunması təmin edilir. Təxminən bir həftə sonra qəlib çıxardılaraq qulaq arxasındakı tikişlər sökülür. Əməliyyat tikişləri qulaq arxasında olduğu üçün gözlə görülməz. Əməliyyatdan 2 həftə sonra tamamilə şiş çəkilir və əməliyyat olunmuş qulaqda yenidən genişlənmə olmaz”.

Qulaq əyriliklərinin uşaqlar üçün necə bir travma olduğunu valideynlərin başa düşməsi çətindir. Çünki məktəb və ya dost çevrəsində lağ nöqtəsi olan uşaq bunu ifadə edə bilmir və daxilən küsür. Ümumiyyətlə, güzgüyə baxmamaq, valideynləri ilə müqayisə etmək, toplumda əlləri ilə qulaqlarını qaşımaq və daim buna görə narahat olmaq vadar edir ki, uşaq evə qapansın və ona gülənlər ilə əlaqəni kəssin. Hər bir tərif isə uşaqda ikrah hissi oyadır və hər kəsin onu ələ saldığını düşünür. Bu isə uşaqlarda çox ciddi problemlər yarada bilir.

Psixoloq Gülər Namazova da bu fikirdədir. Onun dediyinə görə, bu gün valideynlərə uşaqlarının əməliyyatını təklif etmək belə qorxuludur. Çünki valideynlərin buna reaksiyası birmənalı olmayacaq və o razı olacaq ki, uşağı gülüş obyekti olsun, lakin bıçaq altına girməsin. Valideyn nəzərə almayacaq ki, bu travma uşağında bıçaqdan da ağır zərbə vurmuş olur: “Uşaqlarda yoldaşlarının onlara lağ etməsiylə psixoloji problemlər ortaya çıxar. Qız uşaqları saçlarıyla qulaqlarını örtər və başqalarının yanında saçlarını yığa bilməzlər. Oğlanların işi isə daha çətindir. Qulaqların əməliyyat edilməsi onlarda kiçik yaşlarından özünə güvəni artıracaq. Valideynlər buna estetik əməliyyat gözü ilə baxmamalıdırlar. Nəzərə almalıdırlar ki, uşaq üçün çömçə qulaq bu gün problem olmasa belə nə vaxtsa problem olacaq və qulaqlarına görə uşaq utanacaq. Ona görə, kiçik yaşlarından qüsurları düzəlmək daha məsləhətlidir. Xüsusən qız uşaqlarında yarana biləcək kompleksin qarşısını vaxtında almaq lazımdır, çünki qızlar gözəllik baxımından daha həssasdır və çox hallarda psixoloji travmanı da məhz qızlar alır”.

Ekspress.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir