REQS

Rəqs insanı ən çox xoşbəxt edən məşğuliyyətdir – ARAŞDIRMA

Baxış sayı: 2. 102

İngiltərədə aparılan bir araşdırmada xoşbəxtliyin maddi dəyəri ölçülüb. London İqtisad Məktəbinin tədqiqatçıları insanları daha çox hansı növ fəaliyyətin xoşbəxt etdiyini araşdırıblar.

Hesablamalara görə, sənət və mədəniyyətlə bağlı fəaliyyətlərlə yanaşı idman da insanlara illik gəlirlərində 5 min sterlinq (təxminən 5600 manat) qədər artım olması dəyərində xoşbəxtlik verir. 40 min ingilis ailəsində aparılan araşdırma “The Daily Telegraph” qəzetində dərc olunub. Yaş, səhhət və təhsil səviyyəsi kimi xoşbəxtliyə təsirli olan faktorlar xaric hansı fəaliyyət növünün insanları daha çox xoşbəxt etdiyi araşdırılıb.
Araşdırmaya görə, insanı yaxşı hiss etdirən fəaliyyətlərin başında rəqs etmək dayanır. Bu xoşbəxtliyin pulla ekvivalenti təxminən 2200 manatdır. Siyahıda rəqsdən sonrakı yerdə üzmək dayanır. Həftənin bir günü üzmək sizə maaşınızda 830 manat artım olmuş kimi hiss yaşadır. Üzmək – futbol və velosiped sürməkdən iki qat daha çox insanı xoşbəxt edir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir