1501141736_grand-spa-lietuva-druskininkai-litauen-000

(R) Baltikyanı ölkələrin ən böyük sanatoriyası azərbaycanlıları istirahətə dəvət edir – Münasib qiymət və yüksək xidmət!

Baxış sayı: 1. 377
oxucularına Litvanın cənubunda Druskininkay kurort şəhərində yerləşən, Baltikyanı ölkələrin ən böyük sanatoriyası olan “Grand SPA Litva” haqqında az çox məlumat vermişdik. Artan tələbi nəzərə alaraq sanatoriya barədə müəyyən məlumatları bir daha paylaşmağı məqsədəuyğun hesab etdik.
Bu Sanatoriya kompleksi uzun müddətdir ki, fəaliyyət göstərir. Sovetlər vaxtında bura Litva sanatoriyası adlanırdı. Sanatoriya Litvanın Səhiyyə Nazirliyinin balansında idi. Sonradan isə bura özəlləşdirildi və yüksək səviyyədə – son standartlara uyğun təmir edildi. Sanatoriya ekoloji cəhətdən çox yüksək səviyyədədir. Belə ki, isitmə sistemi geotermik yolla fəaliyyət göstərir. Neft və qazdan istifadə olunmur. Gələcəkdə günəş batareyaları və elektromobillərdən istifadə nəzərdə tutulur. Bunu etməkdə məqsəd ətraf mühiti çirkləndirməmək və ekoloji balansı maksimum qorumaqdır. Sanatoriyanın coğrafi mövqeyi də çox əlverişlidir.
Bura Litvanın cənubunda yerləşir və 2 ölkə – Belarus və Polşa ilə həmsərhəddir. Vacib məqamlardan biri budur ki, 50 km radiusunda heç bir istehsal sahəsi – zavod, fabrik yoxdur. Hər tərəf meşə ilə əhatələnib. Gözəl çay və göllər var. Burada tək hava ilə də müalicə almaq olar. Sanatoriyanın ərazisində balıqla bol Neman çayı axır. Hazırda Grand SPA Litva sanatoriya kompleksinə 3 otel, 2 restoran, kafe, bar, böyük müalicəvi mərkəz, Aqua park, stomatoloji klinika, SPA mərkəzi, boulinq zalı, tennis kortu daxildir. Ərazidə 250 metrdən mineral su çıxır və burada dairəvi su qalereyası yaradılıb. Sadaladığımız bu mərkəzlər 1.5 hektar ərazini əhatə edir. Ərazi Druskininkay şəhərinin mərkəzindədir. Avtobus dayanacağı sanatoriyanın yaxınlığındadır. Bununla yanaşı qonaqları Litvanın istənilən ərazisindən transfer etmək mümkündür. Sanatoriyada 326 nəfər işçi heyəti var. Eyni vaxtda 800 qonaq qarşılamaq gücündədir. Qeyd etdiyimiz kimi 3 otel fəaliyyət göstərir: bunlar 3+, 4 və 4+ ulduzdur. Azərbaycanlı qonaqların seçimi üçün bu, çox önəmlidir. Çünki burda həm də qiymət rol oynayır. Qonaqlara hər bir şəraiti olan rahat nömrələr təklif olunur. Oteldəki müxtəlif SPA və sağlamlıq mərkəzlərindən, habelə hovuz və par vannalarından istifadə etmək olar. Ziyarətçilərə müxtəlif tibbi xidmətlər, müalicəvi vannalar, o cümlədən kinezoterapiya, erqoterapiya təklif olunur.
Otelin akvaparkında müxtəlif əyləncə qurğuları, 5 sauna, su masajı vannaları, uşaqlar üçün hovuz, həmçinin şəlalələr var. Qonaqlara bu akvaparkdan gün ərzində fasiləsiz istifadə edə bilərlər.
Sanatoriya rəhbərliyi Azərbaycan vətəndaşlarını bu gözəl təbiət qoynunda yerləşən istirahət guşəsində dincəlməyə dəvət edir.
Qeyd edək ki, Sanatoriyamızı seçən şəxslərə Litvaya pulsuz viza dəstəyi olacaqdır.
Telefon: 055-706-64-94

Baltikyanı ölkələrin ən böyük sanatoriyası azərbaycanlıları istirahətə dəvət edir - Münasib qiymət və yüksək xidmət! (FOTOLAR)

Baltikyanı ölkələrin ən böyük sanatoriyası azərbaycanlıları istirahətə dəvət edir - Münasib qiymət və yüksək xidmət! (FOTOLAR)

Baltikyanı ölkələrin ən böyük sanatoriyası azərbaycanlıları istirahətə dəvət edir - Münasib qiymət və yüksək xidmət! (FOTOLAR)

Baltikyanı ölkələrin ən böyük sanatoriyası azərbaycanlıları istirahətə dəvət edir - Münasib qiymət və yüksək xidmət! (FOTOLAR)

Baltikyanı ölkələrin ən böyük sanatoriyası azərbaycanlıları istirahətə dəvət edir - Münasib qiymət və yüksək xidmət! (FOTOLAR)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir