_SA72190

(R) Qərb Universitetində Dillər Mərkəzi yaradılıb

Baxış sayı: 1. 742

Qərb Universitetində Dillər Mərkəzi yaradılıb. Universitetdən verilmiş məlumata görə, Dillər Mərkəzi xarici dillərin tədris və öyrənilməsi prosesinə fundamental dəyişikliklərin geniş və səmərəli şəkildə tətbiq edilməsi məqsədilə yaradılıb.

Mərkəzin əsas funksiyası əsas etibarilə qabaqcıl metodikaların tətbiqi, tələbənin psixoloji portretinin araşdırılması, müxtəlif üsullarla tələbələrin maraq səviyyələrinin artırılması, xarici ölkələrdə dilin öyrənilməsi üçün nəzərdə tutulmuş proqramların geniş şəkildə həyata keçirilməsi və dünyanın aparıcı dil mərkəzləri ilə işgüzar əlaqələrin qurulmasından ibarətdir.

Mərkəzin tətbiq edəcəyi metodika və çoxşaxəli proqramlar tələbələrin bir neçə xarici dili yüksək səviyyədə, ən azı iki dilin isə işgüzar dil səviyyəsində mənimsənilməsinə imkan verəcək.

Əlavə edək ki, bu vaxta qədər də Qərb Universiteti xarici dillərin tədrisi ilə bağlı innovativ yeniliklərə imza atıb, bir çox beynəlxalq layihələrin iştirakçısı olmaqla həm bu sahədə öz metodikasını möhkəmləndirib, həm də tələbələrin dil mühitində inkişafı üçün imkanlar yaradıb. Universitet ildə iki dəfə olmaqla tələbələrin xarici ölkələrdə təcrübə keçməsi, eyni zamanda dil biliklərini möhkəmləndirməsini təşkil edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir