masaj

Rahatladıcı masaj – özünüz edə bilərsiniz

Baxış sayı: 1. 301

Masaj etdirməyə imkanınız, ya vaxtınız olmaya bilər. Amma bir neçə dəqiqə özünüz özünüzə masaj edərək stressinizi azalda bilərsiniz. “Gencaile.az” bir neçə dəqiqəlik sizi rahatladacaq masajın qaydalarını təqdim edir.

 

Gicgahlar

İşarət barmaqlarınızı gicgahlarınıza qoyun və yerindən heç qaldırmadan, olduqları yerə yüngülcə basaraq dairəvi masaj edin. Bir-iki dəqiqə sonra əks yönə masaj hərəkətlərini təkrarlayın.

 

Boyun və çiyin

Oturaq vəziyyətdə çalışarkən əzələlərimizin ən çox gərginləşdiyi bölgə boyun və çiyinlərdir. Dik durun və boynunuzun çiyinlərinizlə birləşdiyi yeri baş barmağınızla digər dörd barmağınız arasına alıb sıxın və buraxın. Üç dəfə edib ara verin və bir neçə dəfə təkrarlayın.

 

Ayaqlar

Ayaqlarınızın arxa və ön qisminə işarət, orta və üzük barmağınızla yüngülcə basıb dairələr çəkin. Bir neçə dəqiqə edə biləcəyiniz masaj əzələlərinizi gəvşədəcək, qan dövranını yaxşılaşdıracaq.

 

Ayaq biləkləri

Ayaqqabının içində ayaqlar yorulur və yorğun ayaqlar siz hiss etmədən enerjinizi əmir. Baş və işarət barmaqlarınızla ayaq biləklərinizin iki yanına edəcəyiniz bir neçə dəqiqəlik masajın ardından yüngüllük hiss edəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir