Ramazan

Ramazan ayında israfdan qaçmaq üçün nə kimi tədbirlər görə bilərik?

Baxış sayı: 849

Bütün müsəlmanlar bolluq və bərəkət ayı Ramazanı ən yaxşı şəkildə keçirməyin təlaşını yaşayır. Hər zamankından daha qayğılı və diqqətli şəkildə qurulan süfrələrdə həm sağlamlıq, həm də ailə büdcəsi üçün israfdan qaçmaq lazımdır. Bəs Ramazan ayında israfdan qaçmaq üçün nə kimi tədbirlər görə bilərik?

 

Alış-veriş siyahınızı əvvəldən hazırlayın

Ramazan ayı alış-verişini ümumi şəkildə etməyiniz həm maliyyə baxımından daha sərfəli olar, həm də zaman və enerjinizə qənaət edər. Alış-verişə getməzdən əvvəl hazırlayacağınız və alış-veriş zamanı riayət edəcəyiniz detallı siyahı ilə həm həqiqətən də ehtiyac duyduğunuz məhsulları alarsınız, həm də zaman itirməzsiniz. Bu zaman marketdəki kampaniyalardan da yararlanmaq imkanınız olur.

Bu mağazalardan alış-veriş etməyin -

Alacağınız məhsulların istifadə müddətinə diqqət edin

Un, şəkər, paxlalılar və yağ kimi son istifadə tarixləri uzun olan məhsullarda böyük ölçülərə üstünlük verməyiniz hər zaman daha yararlı olar. Məsələn, 10 ədəd 1 kiloqramlıq paket una nisbətən 1 ədəd 10 kiloqramlıq unun qiyməti daha ucuz düşür. Burada diqqət edilməsi lazım olan nüans məhsulun son istifadə tarixidir.

 

 

Tez xarab olan məhsulları alarkən diqqət

Ramazan alış-verişi edərkən gündə 2 dəfə qidalanacağınızı unutmayın. Bu iki naharda hər qidadan yetərli qədər qəbul etmək üçün bol çeşid və kiçik porsiyalara üstünlük verəcəksiniz. Buna görə də meyvə-tərəvəz kimi asan xarab olan qidaları daha az almanız məsləhətdir. Bununla həm də köhnə deyil, daha təzə və canlı qidalar almağınıza şərait yaranacaq.

Artıq qalan yeməkləri dəyərləndirin

Xüsusilə, iftar süfrələri hər zaman bol çeşidli olur. Lakin uzun müddət aclıqdan sonra düşünüldüyü qədər yemək yeyilmir və artıq qalır. Bu artıqları imsak süfrəsində faydalı şəkildə dəyərləndirmək üçün alternativlər düşünə bilərsiniz.

Rüyada Sofra Görmek - RuyaTabirleri.com

Sadəcə yeməklərdə deyil, hər şeydə qənaət şərtdir

Ramazan ayının ən gözəl xüsusiyyətlərindən biri də birlikdə oturulan və xoş söhbətlərin keçdiyi iftar süfrələridir. Təbii ki qələbəlik süfrədən gələn çirkli qablar üçün eynisini söyləmək çox da mümkün deyil. Su və yuyucu vasitələrin qənaətinə də diqqət edilməlidir. Bu anlamda doğru yuyucu vasitə seçməyiniz əhəmiyyətlidir.

Qab yumaq ömrü uzadırmış – ARAŞDIRMA | Gənc Ailə

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir