1507982468_mg_6242-1

Region gəncləri maarifləndirilir

Baxış sayı: 67

Xızı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Xızı rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

168saat.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan “Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə iştirakçılara layihənin məqsədlərinin – turizmin inkişaf potensialı olan şimal regionunda gənclər arasında maarifləndirmə işlərinin aparıması, onların fəallıqlarının artırılması, bu sahəyə dəstək vermək barədə məlumat verib.

Xızı rayon Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Kamran Quliyev çıxışında rayonda turizmin inkişafı sahəsində aparılan işlər, ölkənin daxili turizminin inkişafında rolu, aparılan məqsədyönlü işlər barədə danışıb.

Təlim turizm, təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirilib. Təlim zamanı gənclər üçün rollu oyun, simulyasiya, qrup işləri təşkil olunub. Gənclərin turizmlə bağlı ideyaları öyrənilib və təlimçi tərəfindən bu ideyaların həyata keçirilməsi yollarından danışılıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Layihə çərçivəsində növbəti təlimlərin Siyəzən, Quba və Qusar rayonlarında təşkil olunması nəzərdə tutulub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir