IMG_6956

“Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində yekun təlimi keçirildi

Baxış sayı: 137

Quba rayonu Gənclər mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Quba rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində növbəti təlimi, eyni zamanda  bağlanış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan “Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə iştirakçılara layihənin məqsədləri  – Mövcud yerli turistik imkanların dəyərləndirilməsi, daxili turizmin  inkişafında gənclərin rolunun artırılması və yerli gənc turizm menecerlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi barədə məlumat verdi.

Quba rayon Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mənsur Ağayev çıxışında rayonda turizmin inkişafı sahəsində aparılan məqsədyönlü işlər barədə danışıb.

Təlim turizm, təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirilib. Təlim zamanı gənclər Quba rayonunun turizm üzrə bizens imkanları, startaplar, rayonun daxili və xarici turizm ehtiyatları barədə müzakirələr aparılıb. Eyni zamanda təlim rollu oyun, simulyasiya, qrup işləri təşkil olunub. Gənclərin turizmlə bağlı ideyaları öyrənilib və təlimçi tərəfindən bu ideyaların həyata keçirilməsi yollarından danışılıb.

Layihə çərçivəsində Sumqayıt, Xızı, Qusba və Qusar rayonlarında  təlimlər təşkil olunmuş, təlimlərdə ümumilikdə 200 gənc iştirak rtmişdir . Layihənin qarşısına qoyulan məqsəd və vəzifələr yerinə yetirilmişdir, beləki layihə çərçivəsində region gəncləri turizmin inkişafı sahəsində bilik və bacarıqlara yiyələnmiş, beynəlxalq təcrübədən yararlanmış, sahə üzrə eksperlərdən tövsiyyələr almışlar.

Layihənin davamlılığı olaraq təlimlərdə iştirakçıları ilə Gənclər və İdman İdarələri vasitəsilə əlaqə yaradılacaq və onlara mütamadi dəstək göstəriləcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir