pecenye

Rəngli karandaşlar – PEÇENYE RESEPTİ

Baxış sayı: 1. 918

Tərkibi:

100 q kərə yağı
200-250 q un
1 x.q. xama
1/3 ç.q. duz
100 q şəkər pudrası
1 yumurtanın sarısı
1 yumurta (üzərinə çəkməyə)
0,5 ç.q. vanil
qida boyaları

Yumşaldılmış kərə yağını şəkər pudrası ilə çalın.

Xama, yumurtanın sarısı, vanilli şəkər, duz əlavə edin.

Ələnmiş unu hissə-hissə əlavə edib xəmir yoğurun. Elastik xəmir alınmalıdır.
Xəmiri 1/3 və 2/3 olmaqla iki yerə bölün.

Böyük olan hissəni təxminən 15 sm enində düzbucaqlı yayın. Üzərinə qida plyonkası çəkin. Soyuducuda ən azı 1 saat saxlayın.

Xırda hissəni isə neçə rəngdə qida boyanız varsa, bir elə yerə bölün. Hər bir xəmir parçasına qida boyası qatın (yaxşı olar ki, bunu əlcək taxaraq edəsiniz).

Xəmirdən 0,5 sm diametrli borucuqlar düzəldin. Bunları da soyuducuya qoyun.

Düzbucaqlı xəmiri soyuducudan çıxarıb üzərinə çalınmış yumurta çəkin.

Xəmiri 2,5-3 sm enində şəridlərə doğrayın (əslində şəridin eni xəmiri nə qədər qalın yaymağınızdan asılıdır).

İndi isə rəngli xəmir borucuqlarını ağ xəmirlərin arasına yerləşdirib bükün.

Ən yaxşısı, plyonkanın köməyilə bükməkdir, nə ələ yapışır, nə də masaya.

Elə bükün ki, rəngli və ağ xəmir arasında məsafə, boşluq qalmasın. Ehtiyatlı olun, xəmir qırılmasın.

Üzərinə çalınmış yumurta çəkin. Perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Tam soyuyandan sonra “karandaşların” ucunu “yona” bilərsiz. Amma nəzərə alın ki, bu, xəmirdəndir, odur ki, iti bıçaqla ehmalca kənarlarını çərtin. (milli.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir