ders

Repetitor müəllimlər aylıq dərs ödənişlərini niyə endirmədilər? – PROBLEM

Baxış sayı: 297

Bu il ali və orta ixtisas məktəblərinin qəbul imtahanlarına hazırlaşan abituriyentlər “Covid -19” adlandırılan koronavirusun yayılması səbəbindən bir çox çətinliklərlə üzləşdilər. Məktəblər və kurslar  bağlandığından, repititor fəaliyyətinə qadağa qoyulduğundan abituriyentlərin qəbul imtahanlarına hazırlıq səviyyəsi aşağı düşüb.

Ali və orta ixtisas məktəblərinə sənəd qəbulunun nə vaxt başlayacağı, qəbul imtahanlarının keçirilmə tarixi qaranlıq olaraq qalmaqdadır.

Dövlət İmtahan Mərkəzi bəyan edib ki, bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılıdır.

Bütün bunlara baxmayaraq qəbul imtahanlarına hazırlaşan bir çox abituriyent repetitor müəllimlərin onlayn dərslərində iştirak etməklə vəziyyətdən çıxmağa çalışırlar. Lakin aydın məsələdir ki, onlayın dərslər effekti nəticə vermir.

Sosial şəbəkələrdəki qeydlərdən belə məlum olur ki, bu günlərdə fərdi repetitor dərsləri keçən əksər müəllimlər şagirdlərə və onların gəlir yerlərindən demək olar ki məhrum olmuş valideynlərinə güzəştsiz münasibət göstərirlər. Yəni repetitlar koronavirus pandemiyasından əvvəl hazırlığı neçəyə edirdilərsə, indi də həmin qiymətlə davam etdirirlər.

online ders 2

Bakıda repetitorların müxtəlif fənlər üzrə hazırlıq qiymətləri minimum 50 manatdan başlayıb 150 manatadək yüksəlir.

Abituriyent valideyni Teymur Mahmudov deyir ki, fərdi şagird hazırlığı ilə məşğul olan müəllimlər bir Azərbaycan ziyalısı kimi bu işdə öz töhfələrini verə bilərdilər:

“Ölkədə yardımsevərlik, güzəşt ab -havası yaşanır . Hərə bir işin qulpundan yapışıb ki, insanlara öz faydasını verə bilsi. Müəllimlərin əlinə belə bir gözəl fürsət düşmüşdü ki, pulsuz və ya simvolik qiymətlərə onlayn şəkildə dərslərini davam elətdirsinlər .Və ya heç olmazsa, keçdikləri dərsə görə 50 faiz ödəniş tələb eləsinlər.

Repetitor dərsi keçən müəllimlər isə keçdikləri aşağı səviyyəli onlayn dərslərə görə ,valideynlərdən pulu yüz faiz tələb edirlər. Necə deyərlər, valideynləri pis yerdə yaxalayıblar. Bilirlər ki, dərs ilinin bitməsinə az qalmış valideynlər əlacsızlıqdan onların istədikləri vəsaiti ödəməyə məcbur olacaqlar. Əks halda, müəllim dərs keçməkdən imtina edəcək və valideyn koronavirusun tüğyan elədiyi günlərdə yeni müəllim axtarışlarından məhrum olacaq”.

Müəllimləri insafsızlıqda qınayan T.Mahmudov deyir ki, bəzi repetitorlar elə düşünürlər ki, guya, koronavirusla əlaqədar olaraq qiymətləri endirsələr, bu, onların reytinqinə təsir göstərəcək:

online ders

“Bəs onların belə düşünməsinə və qiymətlərdə güzəşt etməməsinə əsas varmı? ! Birmənalı demək lazımdır ki, xeyr.

Əvvəla , onlayn dərslərin effekti ilə canlı dərsin aparılması arasında ölçüyəgəlməz keyfiyyət fərqləri var.

Bəzən işıqlar sönür. Bəzən internet zəif olur.

Bəzən, gözdən zəif abituriyentlər var k, müəllimin yazdıqlarını lövhədə aydın görə bilmirlər.

Müəllimin canlı şəkildə qarşısında əyləşmək uşağı daha məsuliyyətli olmağa səfərbər edir, nəinki onlayn dərslərdə iştirak.

Odur ki, bütün bunları nəzərə alaraq repetitor müəllimləri insaflı olmağa dəvət edirəm!

İnsanların pis yerdə axşamlamasından sui -istifadə eləməsinlər. Axı onlar ziyalıdı, vətəndaşdı, insandı…”.

Bu iradlarla razılaşmayan bəzi repetitorlar deyirlər ki, onlar da internet üzərindən dərs deməyin çətinliyini yaşayırlar…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir