toy

Res­to­ran­lar­da küt­lə­vi zə­hər­lən­mə­lər niyə bit­mir?

Baxış sayı: 1. 324

Vax­ta­şı­rı res­to­ran və şad­lıq sa­ray­la­rın­da zə­hər­lən­mə­lər baş ve­rir. Eks­pert­lə­rə gö­rə, res­to­ran sa­hib­lə­ri müş­tə­ri­lə­rin təh­lü­kə­siz­li­yi­ni dü­şün­mə­dik­lə­rin­dən, be­lə hal­lar­la tez-tez rast­la­şı­rıq.

Son zə­hər­lən­mə ha­di­sə­si öl­kə­nin məş­hur res­to­ran­la­rın­dan bi­rin­də “Ton­qal” res­to­ra­nın­da olub. Be­lə ki, ötən şən­bə gü­nü adı­çə­ki­lən res­to­ran­da iki ay­rı ma­sa­da qi­da­la­nan müx­tə­lif ai­lə üzv­lə­rin­də bir ne­çə sa­at­dan son­ra zə­hər­lən­mə əla­mət­lə­ri baş ve­rib. Ha­di­sə nə­ti­cə­sin­də 3-ü az­yaş­lı ol­maq­la 13 nə­fər zə­hər­lə­nib.

Qi­da Təh­lü­kə­siz­li­yi Agent­li­yin­dən ve­ri­lən mə­lu­ma­ta gö­rə, Ba­kı şə­hə­ri, Nə­ri­ma­nov ra­yo­nu, Hə­sən Əli­yev pros­pek­ti 82 ün­va­nın­da yer­lə­şən “Ton­qal” res­to­ra­nın­da av­qus­tun 11-də baş ve­rən küt­lə­vi zə­hər­lən­mə ha­di­sə­si ilə bağ­lı da­xil ol­muş mə­lu­mat əsa­sın­da Azər­bay­can Qi­da Təh­lü­kə­siz­li­yi Agent­li­yin­də dər­hal ope­ra­tiv iş­çi qru­pu ya­ra­dı­lıb. Bil­di­ri­lir ki, ha­di­sə­nin baş ver­di­yi res­to­ran­da, zə­hər­lə­nən şəxs­lə­rin yer­ləş­di­ril­di­yi Kli­nik Tib­bi Mər­kəz­də və 2 say­lı Uşaq Kli­ni­ki Xəs­tə­xa­na­sın­da qi­da təh­lü­kə­siz­li­yi araş­dır­ma­la­rı­na baş­la­nı­lıb.

Mü­tə­xəs­sis­lər tə­rə­fin­dən xəs­tə­lər­dən nü­mu­nə­lər gö­tü­rü­lüb və ai­diy­ya­tı üz­rə la­bo­ra­to­ri­ya­ya gön­də­ri­lib. İl­kin araş­dır­ma­la­ra gö­rə zə­hər­lən­mə­yə sə­bəb bay­tar­lıq-sa­ni­ta­ri­ya nə­za­rə­tin­dən ke­çi­ril­mə­miş ət və ət məh­sul­la­rın­dan ha­zır­la­nan qi­da­lar olub.

“Bun­dan əla­və, ha­di­sə­nin baş ver­di­yi “Ton­qal” res­to­ra­nın­da mü­va­fiq epi­de­mo­lo­ci araş­dır­ma­lar apa­rı­lıb, bir sı­ra cid­di qi­da təh­lü­kə­siz­li­yi qay­da­la­rı­nın po­zul­du­ğu mü­əy­yən olu­nub və fakt­la bağ­lı pro­to­kol tər­tib edi­lib”.

Araş­dır­ma­lar da­vam et­di­ri­lir və araş­dır­ma­nın nə­ti­cə­si ilə bağ­lı ge­niş mə­lu­mat ic­ti­ma­iy­yə­tin diq­qə­ti­nə çat­dı­rı­la­caq. Zə­hər­lə­nən 13 nə­fər­dən 11-i apa­rı­lan müa­yi­nə və müa­li­cə­lər­dən son­ra evə bu­ra­xı­lıb, 2 nə­fər az­yaş­lı­nın müa­li­cə­si isə 2 say­lı Uşaq Kli­ni­ki Xəs­tə­xa­na­sın­da da­vam et­di­ri­lir. Ha­zır­da on­la­rın və­ziy­yə­ti qə­na­ət­bəxş­dir”.

Tib­bi eks­pert Hü­seyn Meh­di­yev bil­di­rir ki, res­to­ran və şad­lıq sa­ray­la­rın­da qi­da məh­sul­la­rı­nın alın­ma­sı və sax­la­nıl­ma­sı­na cid­di nə­za­rət ol­ma­lı­dır: “Çox tə­əs­süf­lər ol­sun ki, is­tər toy­lar­da, is­tər­sə də bay­ram­lar­da res­to­ran­lar­da süf­rə­yə vax­tı keç­miş, iy­lən­miş və ya­xud ax­şam qo­naq­lıq­dan qa­lan ar­tıq ye­mək­lə­ri qo­yur­lar. Bə­zən açıq-ay­dın hiss edir­sən ki, ye­mək­lər tə­zə de­yil. Çö­rə­yə əl vu­rur­san, gö­rür­sən ki, qu­ru­yub. Yə­ni, res­to­ran sa­hib­lə­ri öz­lə­ri­nin cib­lə­ri­ni dol­dur­maq məq­sə­di­lə in­san­la­rın hə­ya­tı ilə oy­na­yır­lar. Bu da nə­za­rət­siz­lik­dən irə­li gə­lir. Res­to­ran sa­hib­lə­ri pul, rüş­vət ve­rə­rək bir çox şe­yin üs­tü­nü ör­tür­lər”.

Meh­di­yev de­yir ki, res­to­ran və şa­do­ıq ev­lə­rin­də qi­da məh­sul­la­rı­nın sax­la­nıl­ma­sı şə­rai­ti düz­gün de­yil. “Mə­sə­lən, sa­lat­lar ne­çə gün­dən qa­baq ha­zır­la­nan sa­lat­lar­dır. On­la­rın üs­tü­nü bir ba­la­ca dü­zəl­dib süf­rə­yə qo­yur­lar. Elə ət­lər ve­rir­lər ki, müx­tə­lif əd­viy­yat­la­rın iyin­dən, ta­mın­dan ye­di­yi­nin nə ol­du­ğu­nu hiss et­mir­sən. Res­to­ran­lar vaxt­lı-vax­tın­da yox­la­nıl­ma­lı­dır, Ha­va­lar is­ti ke­çən­də bu zə­hər­lən­mə­lər bir qə­də­rə də ar­tır. Çün­ki qi­da tok­si­ki in­fek­si­ya­lar ge­niş şə­kil­də ya­yı­lır”.

Həm­söh­bə­ti­miz bil­di­rir ki, res­to­ran sa­hib­lə­ri ba­zar­da sa­tı­lan nor­mal ət­lər­dən da­ha ucuz qiy­mə­tə ət al­ma­ğa ça­lı­şır­lar: “Bə­zən müx­tə­lif ət­lər də qa­tır­lar, at əti, eş­şək əti. Və ya­xud xəs­tə­lən­miş hey­van­lar­dır, kə­si­lir və iki də­fə ucuz qiy­mə­tə ve­ri­lir. Xəs­tə hey­van ət­lə­ri­ni res­to­ran­lar­da müx­tə­lif əd­viy­yat­lar qa­ta­raq ne­cə la­zım­dır bi­şi­rir­lər”.

Eks­per­tin de­di­yi­nə gö­rə, zə­hər­lən­mə­nin əla­mət­lə­rin­dən bi­ri odur ki, xəs­tə ye­yən­dən son­ra on­da ürək­bu­lan­ma, qus­ma hal­la­rı baş ve­rir, hə­ra­rə­ti qal­xır, mə­də­sin­də na­ra­hat­lıq, ağır­lıq hiss edir: “Xəs­tə­də is­hal mü­şa­hi­də olu­nur. Zə­hər­lən­mə baş ve­rər­sə, bi­rin­ci növ­bə­də in­san qay­tar­ma­ğa ça­lış­ma­lı­dır. Çox­lu miq­dar­da, ən azı 2-3 litr su içib mə­də­si­ni bo­şalt­ma­lı­dır. Mə­də­sin­də ağır­lıq, ümu­mi na­ra­hat­lıq hiss edən adam adi qay­na­dıl­mış süf­rə su­yu iç­mə­li­dir. Ey­ni za­man­da ba­ğır­saq­la­rın yu­yul­ma­sı da va­cib­dir. Və­ziy­yə­ti ağır­dır­sa, tə­ci­li tib­bi yar­dım ça­ğı­rıb xəs­tə­xa­na­ya apa­rıl­ma­lı­dır. Qi­da zə­hər­lən­mə­lə­ri ağır fə­sad­lar ve­rir, hət­ta ölüm­lə nə­ti­cə­lə­nir. Xü­su­si­lə yay ay­la­rın­da eh­ti­yat­lı ol­maq la­zım­dır”.

Azad İs­teh­lak­çı­lar Bir­li­yi­nin səd­ri Ey­yub Hü­sey­nov bil­di­rir ki, heç bir hə­kim, heç bir di­aq­nos­ti­ka “Ton­qal” res­to­ra­nın­da zə­hər­lə­nən in­san­la­rın di­aq­no­zu­nu ya­zan­da han­sı­sa sə­na­ye üsu­lu ilə is­teh­sal olun­muş mal­dan zə­hər­lən­di­yi­ni yaz­ma­ya­caq: “Ya ya­za­caq­lar ki, is­teh­lak­çı­nın özü gü­nah­kar­dır, ya yi­yə­si, yə­ni is­teh­sal­çı­sı bəl­li ol­ma­yan mal­dan, mə­sə­lən, qar­pız­dan zə­hər­lən­di­yi­ni ya­za­caq­lar. 20 il­dir ki, is­teh­sal­çı hü­quq­la­rı­nı qo­ru­yu­ram, Azər­bay­can hə­ki­mi­nin be­lə bir ya­zı­sı­na rast gəl­mə­mi­şəm ki, küt­lə­vi is­teh­sal olu­nan, yə­ni sə­na­ye ma­lın adı çə­kil­sin. Bu­nu et­mir­lər, çün­ki Sə­hiy­yə Na­zir­li­yi hər bir şe­yə gi­gi­ye­nik ser­ti­fi­kat ve­rir. Əgər sə­hiy­yə iş­çi­si han­sı­sa ma­lın adı­nı çək­sə, on­da gi­gi­ye­nik ser­ti­fi­kat ve­ri­lən mal yi­yə­si ser­ti­fi­ka­tı Sə­hiy­yə Na­zir­li­yi­nin qar­şı­sı­na qo­yar ki, sən yox­la­mı­san!”

Hü­sey­no­vun söz­lə­ri­nə gö­rə, res­to­ran­la­rın ço­xu­nun mət­bə­xin­də an­ti­sa­ni­ta­ri­ya hökm sü­rür. “İs­teh­lak­çı res­to­ra­nın mət­bə­xin­də nə­yin baş ver­di­yi­ni bil­mir, sa­ni­ta­ri­ya or­qan­la­rı la­zım yox­la­ma­la­rı apar­mır. Döv­lət tə­rə­fin­dən ümu­miy­yət­lə, yox­la­ma­lar qa­da­ğan olu­nub. Sa­hib­kar­lar bun­dan sui-is­ti­fa­də edir və əha­li­nin təd­ri­ci, küt­lə­vi və ya­xud da qəf­lə­tən zə­hər­lən­mə­si baş ve­rir. “Ton­qal” res­to­ra­nın­da zə­hər­lən­mə tə­sa­dü­fi bir mə­sə­lə de­yil. Hər yer­də bu cür da­vam edir”.

E.Hü­sey­nov vur­ğu­la­yır ki, toy­xa­na və res­to­ran­lar­da M.Lo­mo­no­sov qa­nu­nu iş­lə­yir, “heç nə it­mir, heç nə məhv ol­mur, bir şə­kil­dən baş­qa bir şək­lə dü­şür”: “Yə­ni ötən gün­dən qa­lan ye­mək­lər növ­bə­ti gün­lər­də də süf­rə­yə qo­yu­lur. Sa­lat­lar var ki, on­la­rın is­ti­fa­də­yə ya­rar­lı­lıq müd­də­ti cə­mi bir ne­çə sa­at­dır və bun­dan son­ra hə­min sa­lat­la­rı ye­mək zə­rər­li­dir. Vax­tı keç­miş, sa­tış­dan çı­xa­rıl­mış, ar­tıq qal­mış mal­la­rın so­nun­cu ta­le­yi çox tə­əs­süf ol­sun ki, Azər­bay­can­da ye­nə də is­teh­lak­çı­lar­dır”.

“Ton­qal” res­to­ra­nı avq­su­tun 11-də baş ver­miş zə­hər­lən­mə fak­tı­na mü­na­si­bət bil­di­rib. Res­to­ran­dan “RE­AL”a bil­di­ri­lib ki, av­qus­tun 11-də “Ton­qal” res­to­ra­nın­da zə­hər­lən­mə şüb­hə­si ilə 13 nə­fər xəs­tə­xa­na­ya mü­ra­ci­ət edib. Ha­di­sə ilə bağ­lı Azər­bay­can Qi­da Təh­lü­kə­siz­li­yi Agent­li­yi tə­rə­fin­dən araş­dır­ma­la­ra baş­la­nı­lıb və il­kin mə­lu­ma­ta gö­rə, zə­hər­lən­mə­yə ət və ət məh­sul­la­rın­dan ha­zır­la­nan qi­da­lar sə­bəb olub: “Nə­zə­ri­ni­zə çat­dı­rı­rıq ki, “Ton­qal” res­to­ra­nı ət kə­si­mi ilə məş­ğul ol­mur və ət məh­sul­la­rı­nı təc­hi­zat­çı­lar­dan alır. Son vaxt­lar Azər­bay­can Qi­da Təh­lü­kə­siz­li­yi Agent­li­yi qa­nun­suz ət kə­si­mi­nə qar­şı mü­ba­ri­zə apa­rır və bu təd­bir­lər tə­rə­fi­miz­dən dəs­tək­lə­nir. He­sab edi­rik ki, əha­li­nin sağ­lam və təh­lü­kə­siz qi­da məh­sul­la­rı ilə tə­min edil­mə­si res­to­ran­lar və di­gər ia­şə ob­yekt­lə­ri üçün də va­cib­dir. İna­nı­rıq ki, bu sa­hə­də gö­rü­lən təd­bir­lər is­teh­lak­çı­la­rın sağ­lam qi­da ilə tə­mi­na­tın­da mü­hüm rol oy­na­ya­caq”.

Res­to­ran­dan de­yi­lib ki, av­qus­tun 11-i şən­bə gü­nü ol­du­ğun­dan, res­to­ran­da müş­tə­ri­lə­rin sa­yı çox olub və zə­hər­lən­mə şüb­hə­si ilə xəs­tə­xa­na­ya yal­nız iki ma­sa­da əy­ləş­miş müş­tə­ri­lər mü­ra­ci­ət edib. Hal­bu­ki, ey­ni ət və ət məh­sul­la­rın­dan ha­zır­lan­mış qi­da­lar baş­qa ma­sa­la­ra da təq­dim olu­nub: “Ha­zır­da həm bi­zim özü­müz, həm də Azər­bay­can Qi­da Təh­lü­kə­siz­li­yi Agent­li­yi tə­rə­fin­dən araş­dır­ma­lar da­vam et­di­ri­lir. Əha­li­ni, xü­su­si­lə, KİV nü­ma­yən­də­lə­ri­ni yal­nız rəs­mi mə­lu­mat­la­ra eti­bar et­mə­yə, ya­ran­mış və­ziy­yət­dən is­ti­fa­də edə­rək şa­yiə­lər yay­ma­ğa ça­lı­şan şəxs­lə­rə is­ti­nad et­mə­mə­yə ça­ğı­rı­rıq”.

 

 

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir