Rac-Kapur-Resid_Behbudov

Rəşid Behbudov hindistanlı “Avara”larla birgə…

Baxış sayı: 987

Bu nadir foto uzaq 1956-cı ildə çəkilib. Fotoşəkildə bütün dünyada tanınan ünlü sənətçilər yer alıb: Hindistanın dünyaca məşhur aktyoru Rac Kapur, hind kinosunun əfsanəvi aktrisası Nərgiz Kapur və dahi azərbaycanlı müğənni Rəşid Behbudov.

Şəkil həm də hindistanlı sənətkarların Bakıya səfərini özündə əks etdirir.

Qeyd edək ki, Rac Kapurun yaxın dostu olmuş Rəşid Behbudov Azərbaycan musiqisini Hindistanda, hind musiqisini isə Azərbaycanda tanıtmışdı. Rac Kapurla Rəşid Behbudov birlikdə “Ruskiy sneq” adlı mahnı da ifa ediblər.

Hind filmləri festivalı ilə əlaqədar olaraq SSRİ Mədəniyyət Nazirliyinin dəvəti ilə Sovet İttifaqında olan Hindistan kino  xadimlərinin nümayəndə heyəti 1956-ci il noyabrın 3-də Bakıya gəlib. Bu heyətdə hər kəsin “Avara” filmindən tanıdığı məşhurlar Rac Kapur və Nərgiz Kapur da olub.

O zaman “Nizami” kinoteatrında Hindistan kino xadimləri, eləcə də Rac Kapurla Bakı tamaşaçılarının görüşündən sonra onlar şəhərdə gəzintiyə çıxıblar. Dağüstü parkdan bütün Bakını və neft mədənlərini seyr ediblər. Həmin gün axşam isə Rac Kapur və digər hindistanlı aktyorlar Bakı telestudiyasında Hindistan kinofilmlərindən mahnılar ifa ediblər. Sonrakı gün Bakı ilə vidalaşan qonaqlar Moskvaya yola düşüblər.

Rac Kapur Nərgiz Kapurla eşq yaşasa da, həyat yoldaşından ayrılmaması səbəbindən evlənə bilməyiblər. Nərgiz sonra başqası ilə ailə qurub. (modern.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir